From Wikipedia, the free encyclopedia
Nina Sulaberidze (gürc. ნინა სულაბერიძე; d. 31 yanvar 1995, Moskva) və ya tanınmış adı ilə Nina Sublatti (gürc. ნინა სუბლატი) — Gürcüstanı Avroviziya 2015 müsabiqəsində "Warrior" mahnısı ilə təmsil edən müğənni, xəttat və model.[1]
Nina Sublatti | |
---|---|
ნინა სუბლატი | |
| |
Ümumi məlumatlar | |
Doğum adı | Nina Sulaberidze |
Doğum tarixi | |
Doğum yeri | Moskva, Rusiya |
Vətəndaşlığı | Gürcüstan |
Milliyyəti | gürcü |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, model[d], bəstəkar, xəttat |
Fəaliyyət illəri | 2008-h.h |
Janrlar | pop musiqisi, Dark wave, indi-pop |
Musiqi aləti | Piano |
ninasublatti.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Sublatti gürcü ailənin qızı kimi 1995-ci ilin 31 yanvarında Rusiyanın paytaxtı Moskvada anadan olmuşdur. Doğumundan qısa müddət sonra ailəsi Gürcüstana köçmüşdür. İncəsənət məktəbində rəsm, heykəltəraşlıq dərsləri almışdır. 2008-ci ildə modellik dərsləri də öyrənmişdir. 2011-ci ildə Georgian Dream Studiosunda təhsil almağa başlamış, müğənni Bera İvanişvili ilə işlər görmüşdür.[2]
2013-cü ildə "Saqartvelos Varskvlavi" müsabiqəsinin qalibi olmuşdur.[3][4] Eyni il ilk albomu "Dare to Be Nina Sublatti"ni çıxartmışdır və bu albom Gürcüstanda ən yaxşılardan biri hesab olunmuşdur. 2014-cü ilin dekabrında Sublatti Gürcüstanı Avroviziya 2015 müsabiqəsində təmsil etmək üçün yarışacaq 5 iştirakçıdan biri olduğu açıqlanmışdır. Milli final 14 yanvar 2015-ci ildə baş tutmuşdur.[5] Milli finalda "Warrior" mahnısı ilə çıxış edərək qalib olmuş və ölkəsini Vyanada təmsil etmək hüququ qazanmışdır.[6] İsveçli bəstəkar Tomas Qison ilə işləmiş və səhnə isveçli kareoqraf Saça Cin-Baptiste[7] tərəfindən dizayn edilmişdir. "Warrior" mahnısı ilə 19 mayda Avroviziyanın birinci finalında yarışan Sublatti finala yüksəlmişdir. 23 mayda baş tutan finalda 51 xal toplayaraq 11-ci olmuşdur.
Musiqi karyerasında Cenis Coplin, Brayan Moklo və Byorkdan təsirlənmişdir. Bədənində bir neçə döymə vardır.[8]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.