From Wikipedia, the free encyclopedia
Nikolas Gillen (d.1902, Kuba-v.1989) — İspaniya Vətəndaş Müharibəsinin iştirakçısı, “Lenin Sülh Mükafatı” laureatı, Kuba Yazıçılar Birliyinin sədri.
Nikolas Gillen 1902-ci ildə Kubada dünyaya gəlib. Gənclik illərindən başlayaraq mətbuatda müxtəlif şeirləri ilə çıxış edib. 1937-ci il İspaniya Vətəndaş Müharibəsinin iştirakçılarındadır.
Altı il doğma vətənindən sürgün olunub və yalnız Kuba İnqilabı uğurla başa çatdıqdan sonra vətəninə qayıda bilib. Şeirlərində kapitalizmin ədalətsizliklərini göstərən, irqçiliyi pisləyən, yaradıcılığının ana xəttini “ağlar-qaralar” mövzusu təşkil edən şairin damarlarından həm afrikalı, həm də avropalı qanı axırdı. O, “Lenin Sülh Mükafatı” və bir neçə nüfuzlu ödüllərin sahibi olub, Kuba Yazıçılar Birliyinin sədri kimi yüksək vəzifədə çalışıb.
Nikolas Gillen 1989-cu ildə uzun sürən xəstəlikdən vəfat edib[1].
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.