From Wikipedia, the free encyclopedia
Niicima (yap. 新島) — İzu adaları[1] daxil olan vulkanik adasıdır. Tokiodan 163 km cənubda yerləşir. İnzibati cəhətdən Tokio prefekturasına daxildir. Adanın mərkəzi Niicima kəndidir. Adanın yaponca adı «yeni ada» mənasını bildirir.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqalənin mətnini Azərbaycan dilinə uyğunlaşdırmaq lazımdır. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Niicima adası | |
---|---|
yap. 新島 | |
Ümumi məlumatlar | |
Sahəsi | 23,87 km² |
Uzunluğu |
|
Eni | 2,5 km |
Hündür nöqtəsi | 432 m |
Əhalisi | 2.700 nəfər (2009-cu il) |
Yerləşməsi | |
32°22′31″ şm. e. 139°15′49″ ş. u.HGYO | |
Ölkə | Yaponiya |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Adanın sahəsi 23,87 km², əhalisi 2700 nəfər təşkil edir. Ada Fuci Hakone İcu milli parkının tərkib hissəsini təşkil edir. Adada iki icma yerləşir: Honson (mərkəzdə), Hakaqo (şimal qutaracağında).
Niicimanın ən böyük zirvəsi Miyasuka dağıdır (432 m).
Seysmik cəhətdən aktiv bölgədə yerləşir. ABŞ geologiya xidmətinin məlumatına görə il ərzində ada ətrafında gücü 5 bal və yuxarı olan 10-dan çox zəlzələ olur.
Adanın əsas gəlir mənbəyi balıqçılıq, liparit hasilatı və turizmdir. Burada bir necə kiçik təsərrüfatı vardır. Adada 1 orta, 1 ibtidai və 1 məktəbə hazırlıq təhsil oçağı vardır. Limarit dünyada yalnız iki yerdə rast gəlinir. Bu daşın aşkarlandığı ikinci məkan İtaliyanın Lipari adasıdır.
Qayıqla Tokiodan Niicima adasına 2 saat 20 dəqiqəyə çatmaq olar. Üstəlik adaya bərə fəaliyyət göstərir. Əlverişli havalarda Tefu aeroportundan Tokioya təyyarə fəaliyyət göstərir. Uçuş cəmi 45 dəqiqə davam edir.
Adanın əsas görməli yerlərindən biri onun qərbində yerləşən Maexama çimərliyidir. Habusi çilırliyi isə milli qoruma altındadır. Buranın əsrarəngiz ağ qumlardan ibarətdir. Bu çimərliyin uzunluğu 6,5 km təşkil edir.
Yunoxama-Onsen böyük hovuz olub yunan memarlığı əsasında inşa edilmişdir. Bu vanna ümumilikdə 100 nəfəri qəbul edə bilir. Suyu bir başa okeandan götürülür.
Tyey-ci məbədində buddizm məktəbi fəaliyyət göstərir. Məbəd yaxınlığında qəbiristanlıq yerləşir.
Niijima Glass Art Center — hər il payızda keçirilən festivalın əsas mərkəzidir.[2][3] Adanın ərazisində yerləşən Ebine parkında orxideya bitkisi ilə geniş ərazidə əkilmişdir. Burada boulinq zalları və teniz kortları vardır. Adada ictimai hamam fəaliyyət göstərir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.