Nelli Blay
From Wikipedia, the free encyclopedia
Nelli Blay (ing. Elizabeth Jane Cochran; 5 may 1864[1][2] – 27 yanvar 1922[1][2], Nyu-York, Nyu-York ştatı) — amerikalı jurnalist, yazıçı, sahibkar.
Cəld faktlar Elizabet Ceyn Kokran, Digər adı ...
Elizabet Ceyn Kokran | |
---|---|
ing. Elizabeth Jane Cochran | |
![]() | |
Digər adı | Nelli Blay |
Doğum tarixi | |
Doğum yeri | ABŞ, Pensilvaniya |
Vəfat tarixi | (57 yaşında) |
Vəfat yeri | ABŞ, Nyu-York |
Vəfat səbəbi | sətəlcəm |
Vətəndaşlığı |
![]() |
Həyat yoldaşı | Robert Simon |
Atası | Maykl Kokran |
Anası | Meri Ceyn Kokran |
Milliyyəti | amerikalı |
Fəaliyyəti | jurnalist, yazıçı, sahibkar |
![]() |
|
![]() |
Bağla
Əsl adı Elizabet Ceyn Kokran olmasına baxmayaraq, jurnalistika həyatında Nelli Blay (ing. Nellie Bly) ləqəbindən istifadə etmişdi. Araşdırmaçı jurnalistika tarixinin əfsanəvi jurnalistlərindən olub. Onun jurnalistikada əsas metodu fərqli şəxsiyyətlərə bürünüb xəbər hazırlamaq olub. Buna ən yaxşı misal 1887-ci ildə Qadın Psixiatriya Xəstəxanası ilə bağlı xəbər hazırlamaq üçün heyəti aldadıb xəstəymiş kimi xəstəxanada qalması olmuşdu. O, bu metodlarla Amerikanın diqqətini çəkməyi bacarmışdı.