Neft Daşları
From Wikipedia, the free encyclopedia
Neft Daşları — Azərbaycan Respublikasının daxilində, Bakının Pirallahı inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 21 dekabr 2012-ci il tarixli, 519-IVQ saylı Qərarı ilə Bakı şəhəri Xəzər rayonunun Neft Daşları qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Neft Daşları qəsəbəsi Bakı şəhəri Pirallahı rayonunun inzibati ərazi bölgüsünə daxil edilmiş, Neft Daşları qəsəbə inzibati ərazi dairəsi Bakı şəhəri Xəzər rayonunun tabeliyindən çıxarılaraq Bakı şəhəri Pirallahı rayonunun tabeliyinə verilmişdir.[1]
Neft Daşları | |
---|---|
40°14′10″ şm. e. 50°51′30″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1949 |
Mərkəzin hündürlüyü | 0 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Xəzərin dibində neftin olması qədim vaxtlardan məlum idi. Bir çox tarixçilərin, səyyahların əsərlərində dəniz səthi üzərində mazutlu daşların görünməsi, suda qaz qabarcıqlarının çıxması təsvir edilmişdi. Dənizin həmin hissəsinin “Qara daşlar” adlandırılması da məhz bununla əlaqədar idi.