From Wikipedia, the free encyclopedia
Naxçıvan Muxtar Sovet Sosialist Respublikası (rus. Нахичева́нская Автоно́мная Сове́тская Социалисти́ческая Респу́блика, translit. Naxiçevanskaya Avtonomnaya Sovetskaya Sotsialistiçeskaya Respublika, azərb-kiril. Нахчыван Мухтар Совет Сосиалист Республикасы), qısaca: Naxçıvan MSSR (rus. Нахичева́нская АССР, translit. Naxiçevanskaya ASSR, azərb-kiril. Нахчыван МССР) — Azərbaycan SSR tərkibində muxtar respublika. 9 fevral 1924-cü ildə qurulmuşdur.
Muxtar sovet respublikası | |||||
Naxçıvan Muxtar Sovet Sosialist Respublikası | |||||
---|---|---|---|---|---|
Нахичева́нская Автоно́мная Сове́тская Социалисти́ческая Респу́блика Нахчыван Мухтар Совет Сосиалист Республикасы | |||||
|
|||||
«Бүтүн өлкәләрин пролетарлары, бирләшин! (Bütün ölkələrin proletarları, birləşin!)» |
|||||
|
|||||
|
|||||
Paytaxt | Naxçıvan | ||||
Ən böyük şəhər | Culfa, Ordubad, Şərur | ||||
Rəsmi dilləri |
Azərbaycan dili rus dili |
||||
Dövlət dini | Ateizm | ||||
Valyuta | SSRİ rublu | ||||
Ərazisi | 5.500 km2 | ||||
Əhalisi | 293.875 nəf. (1989) | ||||
İdarəetmə forması | Sovet respublikası | ||||
Tarixi | |||||
• 9 fevral 1924 | MSSR-nın yaradılması | ||||
• 19 yanvar 1990 | SSRİ-dən ayrılma | ||||
• 19 noyabr 1991 | Naxçıvan Muxtar Respublikasının yaradılması |
1920-ci ildə gerçəkləşdirilən Bakı əməliyyatının bir nəticəsi olaraq Cənubi Qafqaz regionu Qızıl Ordu tərəfindən işğal edilmişdir. Həmin ilin iyul ayınsa Naxçıvan Sovet Respublikası qurulmuşdur. 1923-cü ilin fevral ayında Azərbaycan SSR-nin bir parçası olaraq Naxçıvan Muxtar Vilayəti qurulmuşdur. 1924-cü ilin fevral ayında bu muxtar vilayət Naxçıvan MSSR-ya çevrilmişdir.
1990-cı ilin yanvar ayında Naxçıvan MSSR SSRİ-dən çıxmış, növbəti həmin ilin 19 noyabrında isə Azərbaycan Respublikasının bir parçası olaraq Naxçıvan Muxtar Respublikası qurulmuşdur.
28 iyul 1920-ci ildə Naxçıvanda sovet hakimiyyəti qurulmuşdur.[1]
Naxçıvan Muxtar Sovet Sosialist Respublikası 9 fevral 1924-cü ildə yaradılmışdır. Naxçıvan MR-in Ermənistan ilə təbii sərhəddini, əsasən Zəngəzur və Dərələyəz silsiləsinin suayırıcıları, Türkiyə və İranla sərhəddini isə Araz çayı təşkil edir. Ərazisi Şimal-Qərbdən Cənub-Şərqə doğru 158 km məsafədə uzanır. Muxtar Respublikanın Şimalda ən ucqar nöqtəsi Saraybulaq silsiləsinin Şərur rayonu ərazisindəki Kömürlü dağı (2064 m), ən cənub nöqtəsi isə Arazın sol sahilində 600 m yüksəklikdə yerləşən Zerəni dəmir yol stansiyasıdır. Şimaldan Cənuba doğru ən böyük məsafəsi 75 km-ə bərabərdir.
Qədim Azərbaycan torpağı olan Zəngəzurun 1920-ci ildə sovet rəhbərliyi tərəfindən Ermənistana verilməsi nəticəsində 44–45 km enində zolaq Araza doğru uzanaraq, Naxçıvan MR-i Azərbaycan Respublikasının qalan ərazisindən ayırmışdır. 1924-cü ildə Naxçıvan MSSR-də 3 qəza və 12 dairə təşkil olunmuş, 1925-ci ildə qəzalar ləğv edilmiş, dairələrin sayı 8-ə endirilmişdi: Baş Noraşen, Qıvraq, Tumbul, Əbrəqunis, Nərimanov, Culfa, Parağa və Ordubad dairələri. 1930-cu ilin birinci yarısında Şahbuz rayonu əlavə edilməklə Şərur, Naxçıvan, Culfa, Ordubad və Əbrəqunis rayonları yaradılmışdır. 1948-ci ildə Əbrəqunis rayonu Culfa rayonu ilə birləşdirildikdən sonra, Naxçıvan MSSR inzibati cəhətdən beş rayona (Naxçıvan (1978-ci ildən Babək), Şərur, Şahbuz, Culfa və Ordubad) bölünmüşdür. 1990-cı il 28 avqustda Azərbaycan SSR Ali Sovetinin fərmanına əsasən Türkiyə ilə həmsərhəd bölgənin sosial-iqtisadi inkişafını daha da sürətləndirmək və gücləndirmək məqsədi ilə, həmçinin ərazinin geostrateji mövqeyi nəzərə alınaraq, Sədərək kəndi və ona məxsus ərazilər əsasında Sədərək rayonu yaradılmışdır.
1929-cu il 18 fevralda Zaqafqaziya MİK totalitar inzibati-amirlik şəraitində Naxçıvan MSSR-in doqquz kəndinin – Şərur dairəsinin Qurdqulaq, Xaçik, Horadiz, Şahbuz nahiyyəsinin Oğbin, Sultanbəy, Ağxəç, Almalı, İtqıran kəndlərinin, Ordubad dairəsinin Qorçevan kəndinin, habelə Kilit kəndinin torpaqlarının bir hissəsinin, əkin sahələri və torpaqları ilə birlikdə Ermənistan SSR-ə birləşdirilməsi haqqında qərar qəbul etmişdir. Zaqafqaziya MİK-in Naxçıvanın sərhədləri məsələsinə baxması, Moskva müqaviləsi (1921) və Qars müqaviləsi (1921) sənədlərini imzalayan tərəflərin iştirakı olmadan Naxçıvan ərazisinin bir hissəsinin Ermənistana verilməsi beynəlxalq hüquq normalarının kobudcasına pozulması olmuşdur[2].
1926–1989-cu illərdə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının əhalisi:
Milliyət | 1926[3] nəf. | % | 1939[4] nəf. | % | 1959[5] nəf. | % | 1970[6] nəf. | % | 1979[7] nəf. | % | 1989[8] nəf. | % |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Ümumi | 104656 | 100,00% | 126696 | 100,00% | 141361 | 100,00% | 202187 | 100,00% | 240459 | 100,00% | 293875 | 100,00% |
azərbaycanlılar[qeyd 1] | 88433 | 84,50% | 108529 | 85,66% | 127508 | 90,20% | 189679 | 93,81% | 229968 | 95,64% | 281807 | 95,89% |
ruslar | 1837 | 1,76% | 2549 | 2,01% | 3161 | 2,24% | 3919 | 1,94% | 3807 | 1,58% | 3782 | 1,29% |
kürdlər | 2649 | 2,53% | 1509 | 1,19% | 303 | 0,21% | 1087 | 0,54% | 1696 | 0,71% | 3127 | 1,06% |
ermənilər | 11276 | 10,77% | 13350 | 10,54% | 9519 | 6,73% | 5828 | 2,88% | 3406 | 1,42% | 1906 | 0,65% |
ukraynalılar | 92 | 0,09% | 360 | 0,28% | 438 | 0,31% | 997 | 0,49% | 942 | 0,39% | 1858 | 0,63% |
belaruslar | 7 | 0,01% | 33 | 0,03% | 63 | 0,04% | 108 | 0,05% | 94 | 0,04% | 450 | 0,15% |
tatarlar | 17 | 0,02% | 52 | 0,04% | 88 | 0,06% | 102 | 0,05% | 90 | 0,04% | 104 | 0,04% |
digərləri | 345 | 0,33% | 314 | 0,25% | 281 | 0,20% | 467 | 0,23% | 456 | 0,19% | 841 | 0,29% |
19 yanvar 1990-cı il Naxçıvan MSSR Ali Sovetinin fövqəladə sessiyasında, muxtariyyətin Konstitusiyasının 81-ci maddəsinə əsaslanaraq (SSRİ-nin Azərbaycanın və Naxçıvanın suverenliyinin və ərazi bütövlüyünün müdafiə etmək öhdəliklərinə əməl etməməsi və 1921-ci il çoxtərəfli Qars müqaviləsinin şərtləri pozması səbəblərindən) SSRİ-nin tərkibindən ayrılması barədə qərar qəbul edib. Bununla da Naxçıvan MSSR Sovet Sosialist Respublikaları İttifaqından ilk çıxan respublika olub.
Dağlıq Qarabağda erməni separatizminə qarşı SSRİ tərəfindən lazimi tədbirlər görülmədiyindən ermənilər artıq Naxçıvana da hücum etməyə başlayırlar. İlk hədəf Sədərəkdən 10 km aralı yerləşən və hər tərəfdən Ermənistanla sərhəd olan Kərki anklavı idi. Bu hadisələr 1988-ci ildə başlanır. 1989-cu il dekabrın sonlarında vəziyyət daha da gərginləşir. Kəndin üç yerində post qurulsa və hər postda 15 nəfər könüllü olsa da, bununla yanaşı, muxtar respublikanın digər rayonlarından bura kömək gəlsə də, bu, yaşayış məntəqəsini düşməndən qorumağa kifayət etmirdi. Çünki dörd bir tərəfi düşmənlə əhatə olunan kəndi qoruyan könüllülərin silahı da az idi. Daha sonra kəndin könüllülərə kəndin Sovet əsgərlərinin qoruyacağı deyilir. Könüllülər kəndi Sovet əsgərlərinə təhvil verdikdən sonra onlar da öz növbələrində kəndi ermənilərə verirlər.
Uzun müzakirələrdən sonra Ali Sovetin fövqəladə sessiyası qərar qəbul etdi:[9][10]
SSRİ-nin Əsas Qanununun (Konstitusiyasının) 81-ci maddəsinə əsasən Azərbaycan SSR, o cümlədən Naxçıvan MSSR-in suverenliyi və ərazi btövlüyü müdafiə edilmədiyindən;
Azərbaycan SSR və Naxçıvan MSSR Ali Qanunvericilik orqanlarının İttifaq orqanlarına dəfələrlə edilən müraciətləri nəticəsiz qaldığından; Ermənistan SSR tərəfindənedilən təcavüz nəticəsində muxtar respublikanın ərazi bütövlüyü pozulduğundan, vətəndaşlarının həyatı təhlükə altında qaldığından; Türkiyə və Azərbaycan SSR, Ermənistan SSR, Gürcüstan SSR arasında RSFSR-in iştirakı ilə bağlanmış müqavilənin şərtləri kobud şəkildə pozulduğundan: Naxçıvan MSSR Ali Sovetinin fövqəladə sessiyası qərara alır: 1) Naxçıvan MSSR SSRİ-nin tərkibindən çıxaraq özünü müstəqil respublika elan edir. 2) Qars müqaviləsinin şərtlərinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının ərazi bütövlüyünü qorumaq və kütləvi insan qırğınının qarşısını almaq məqsədilə Türkiyə respublikasına müraciət edilsin. 3) Yaranmış vəziyyətlə əlaqədar olaraq Birləşmiş Millətlər Təşkilatına, İran İslam Respublikasına, dünyanın bütün dövlətlərinə kömək məqsədilə müraciət olunsun. 4) Naxçıvan MSSR ərazisində olan SSRİ qoşun hissələri respublikadan çıarılsın. 5) SSRİ Ali Sovetindən tələb edilsin ki, Naxçıvan Respublikasına edilən təcavüzə son qoyulsun. 6) Sessiyanın qərarı Azərbaycan SSR və SSRİ respublikalarının nəzərinə çatdırılsın. Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin Sədri: S.Əliyeva. Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin Katibi: H.Xəlilov. Naxçıvan şəhəri, 19 yanvar 1990-cı il. |
Qərar qəbul edildikdən sonra respublikanın müstəqilliyinin tanınması üçün dərhal İrana və Türkiyəyə nümayəndə heyəti göndərilir. Lakin Sovet DTK-sı Türkiyəyə keçmək cəhdinin qarşısını aldığına görə, yanvarın 21-də beş nəfərlik nümayəndə heyəti Culfa rayonunun Yaycı kəndindən Araz çayını keçərək İrana adlayır. Çətinliklə Təbrizə çatan naxçıvanlı deputatlar Türkiyənin İrandakı hərbi attaşesilə görüşməyə nail olurlar.
Nümayəndə heyəti İranda danışıqlar apardığı zaman muxtar respublikanın "Sovet Naxçıvanı" qəzeti müstəqilliklə bağlı qərarı dərc edir və ilk dəfə çox böyük tirajla- 40 min nüsxə ilə satışa çıxır. Naxçıvan televiziyası isə xəbərləri bir neçə əcnəbi dildə verir. Yanvarın 25-də İrana göndərilən nümayəndə heyəti əliboş geri qayıdır.
Yanvarın 27-də Moskva və Bakıdan Naxçıvana xüsusi qrup göndərilir və muxtar respublikaya güc tətbiq ediləcəyilə bağlı hədələr öz işini görür. Beləcə hər şey əvvəlki axarına qayıdır və 8 günlük müstəqillik sevincinə son qoyulur[11].
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.