From Wikipedia, the free encyclopedia
Naum Isayeviç Qrebnev (rus. Нау́м Иса́евич Гре́бнев, əsl soyadı Rambax-dır (rus. Рамбах); 20 noyabr 1921, Harbin – 2 yanvar 1988, Moskva) — Sovet Rusiya şairi, Qafqazın və Şərq xalq poeziyası və klassik şairlərinin tərcüməçisi.
Onun tərcümə etdiyi və ya iştirakı ilə yazılan 150-dən çox kitab nəşr edilmişdir.
20 noyabr 1921-ci ildə Harbin şəhərində yəhudi ailəsində anadan olmuşdur. Atası İsay Naximoviç Rambax 1919-1924-cü illərdə Harbin şəhərində rusdilli Sovet qəzetinin ("İrəli", "Tribuna") redaktoru idi. Həmçinin, atası 1926-cı ilin iyulundan Moskvada Sovtorgflot-da, daha sonra Vseximprom-da (SSRİ Ali İqtisadi Şurasının Ümumittifaq Kimya Sənayesi Birliyi) işləmişdir, 1931-ci ilin sentyabr ayında Moskvada vəfat etmişdir.
Anası, Yelizaveta Iosifovna (əsl adı Leya Iosifovna Rambax (qızlıq soyadı Halberq idi, 1899-1991)), xarici dillər müəllimi və tərcüməçi idi, Yazıçılar Birliyinin Xarici Komissiyasında işləmişdir, evakuasiya zamanı Daşkənddə ingilis dili dərsləri keçirdi. Onun sayəsində Qrebnev Anna Axmatova ilə tanış oldu. "Harbində" adlı yazılı xatirələri saxlanılmışdır, hansında ki o, bir sıra məsələlərlə yanaşı, Harbin sakinlərinin həbsi, o cümlədən yazıçı Yuri Nikolayeviç Abdaşevin anasının həbsi və illər sonra onu necə tapması barədə bəhs etmişdir. Digər əsərlərindən "Tərcüməçinin qeydləri"ndə Yelena Stasova barədə çoxlu məlumatlar yazmışdır.
Qrebnev Böyük Vətən Müharibəsinin lap əvvələrindən iştirak edirdi, çünki o illərdə o, Brest yaxınlığında sərhəddə xidmət edirdi. Qırmızı Ordu ilə geri çəkilirdi, almanların 130 min Qırmızı Ordu əsgərini əsir aldığı məşhur Xarkov (İzyum-Barvenkovskoye) mühasirəsinə düşmüşdü və az sayda sağ qalanların içərisindəydi, Stalinqrad yaxınlığında döyüşdə iştirak etmişdir. 12 yanvar 1944-cü ildə sonuncu, üçüncü dəfə yaralanandan sonra müharibə onun üçün başa çatdı. Müharibə ilə bağlı xatirələrini "Müharibə mənim bioqrafiyamının ən ciddi hadisəsi" adlandırmışdır.
Müharibədən sonra Qrebnev Ədəbiyyat İnstitutunda Rəsul Həmzətovla birlikdə oxuyurdu və o vaxtdan etibarən onların dostluğu və əməkdaşlığı başlamışdır. 1949-cu ildə Ədəbiyyat İnstitutunu bitirdi. Qrebnev şairin atası Həmzət Tsadasanın şeirlərini də tərcümə etmişdir.
Peredelkino qəbiristanlığlnda dəfn olunmuşdur.[1]
Həmzət Tsadasa, Rəsul Həmzətov, Qaysın Quliyev, Alim Keşokov, İrakli Abaşidze, Şota Nişnianidze kimi müasir şairlərin əsərlərini tərcümə etmişdir.
Şərq poeziyasının klassiklərini tərcümə etmişdir, onlar içərsində özbək klassik şairləri Furqat, Turdi, Uvaysi, Agahi, klassik qaraqalpaq şairi Bərdax, türkmən klassik şairləri Zəlili, Məhtimqulu və Möhtaci yer alıblar.
Qrebnevin rus dilinə tərcümə etdiyi Rəsul Qəmzətovun "Durnalar" şeiri, 1969-cu ildə ilk dəfə səslənən və Mark Bernesin ifa etdiyi "Juravli" mahnısı sayəsində inanılmaz dərəcədə populyarlıq qazanmışdır.
Qrebnev Samuil Marşak və Boris Pasternakı tərcümə ustaları hesab edirdi.
İmadəddin Nəsimi və Mirzə Şəfi Vazehin əsərlərini rus dilinə tərcümə etmişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.