From Wikipedia, the free encyclopedia
Nastya Kamenskix, əsl adı Anastasiya Alekseyevna Kamenskix (ukr. Анастасія Олексіївна Каменських; 4 may 1987, Kiyev vilayəti) — Ukrayna pop və R&B müğənnisi, aktrisa, televiziya şəxsiyyəti və iş qadını. O, Ukraynanın "X-Factor" vokal şousu və "Ölkənin səsi" şousunda çıxış edərək populyarlıq əldə etmişdir. Kamenskix 2017-ci ildən NK təxəllüsü ilə çıxış edir.
Nastya Kamenskix | |
---|---|
ukr. Анастасія Олексіївна Каменських | |
Ümumi məlumatlar | |
Doğum adı | Анастасія Олексіївна Каменських |
Ləqəbi | NK |
Doğum tarixi | 4 may 1987 (37 yaş) |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, aktrisa, aparıcı, televiziya aparıcısı |
Fəaliyyət illəri | 2004-cü ildən |
Janrlar | müasir R&B[d], hip-hop[d], pop musiqisi, elektropop[d] |
nkofficial.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Anastasiya Alekseyevna Kamenskix 4 may 1987-ci ildə SSRİ respublikalarından olan Ukrayna SSR-nin Kiyev şəhərində anadan olmuşdur. Onun anası Lidiya Petrovna Kamenskix 6 noyabr 1955-ci ildə anadan olmuş,[1] Q. Q. Veryovka adına Milli Akademik Xalq Xorunun müğənnisi kimi çıxış etmişdir. Atası Aleksey İosifoviç Jmur (16 may 1939 – 25 yanvar 2021)[1][2][3] gəncliyində "Dinamo" voleybol komandasının kapitanı olmuş, daha sonra Q. Q. Veryovka xorunun konsert direktoru kimi çalışmışdır.[3] Kamenskixin xaç anası Qriqori Veryovka adına xorun müğənnisi, Ukraynanın xalq artisti Alla Kudlay idi.
Anastasiya Kamenskix Beş yaşında mübadilə proqramı ilə Fransaya getmiş və orada iki ay qalmışdır. O, altı yaşında eyni proqram əsasında İtaliyaya getmiş, orada dil öyrənmiş və yeddi il İtaliyada yaşadıqdan sonra lokal məktəbə getmişdir.[3] Anastasiya Kamenskix Kiyevdə Peçersk gimnaziyasında oxumuşdur. O, 15 yaşında musiqi məktəbini fortepiano üzrə bitirmişdir. Kamenskix səkkiz il peşəkar rəqqas kimi fəaliyyət göstərmişdir. O, məktəbdən sonra Ukraynada ABŞ-nin Viskonsin Beynəlxalq Universitetinin Xarici İqtisadi Fəaliyyət fakültəsinə daxil olmuşdur. Kamenskix burada ingilis dilində təhsil almışdır.[4]
Anastasiya Kamenskixin karyerası 2004-cü ildə Qara Dəniz Oyunları festivalında çıxış etməsi ilə başlamışdır. O, burada mükafatlar və festivalın Qran Prisini qazanmışdır. Kamenskix bir il sonra Londonda səhnədə "İlin kəşfi" nominasiyasında UBN mükafatlarına layiq görülmüşdür. O, 2006-cı ildə Aleksey Potapenko ilə birlikdə "Potap və Nastya" duetini qurmuşdur. 2008-ci ildə onların "Cütlük deyil" debüt albomları çıxmışdır.[5] 2017-ci ildə Kamenskix "Mozgi" ilə əməkdaşlığı dayandırmış, "NICE2CU" şirkətini yaratmış və "NK" solo layihəsini işə salmışdır.[6]
Anastasiya Kamenskix 2017-ci ildə "#Bumənimgecəmdir" adlı debüt solo videosunu yayımlamışdır.[7] O, elə həmin il Milad albomu və "Xmas with NK" televiziya şousunu buraxmışdır.[8] "NK"nin 10 trekdən ibarət debüt solo albomu "No comments"in buraxılışı eyni anda 3 dildə baş tutmuşdur. Müəllifin ukrayndilli "Trimay" treki "Ən yaxşı pop hit" mükafatına layiq görülmüş, bir ilə yaxın Ukrayna hit-paradlarının başında qalmışdır.[9] Bu həmçinin, İtaliyanın "RAI RADIO" radiosunun dalğalarında səslənən ilk Ukrayna treki olmuşdur.[10]
Kamenskix iki dəfə "M1" Musiqi Mükafatlarına görə ilin müğənnisi kimi tanınmış,[11] "Obitsyayu" treki üçün "Ukrayna Rus Radiosu" radiostansiyası ilə birlikdə ən yaxşı video və "Çervona ruta" mükafatını qazanmışdır. O, "Cosmopolitan Awards 2018"ə görə "İlin müğənnisi" adına layiq görülmüş,[12] "TRK Ukrayna"ya görə 2017-ci ilin nyusmeykeri və beynəlxalq ulduzu, 2020-ci ildə "YUNA" mükafatına görə Ən yaxşı ifaçı[13] kateqoriyalarında mükafat qazanmışdır.
Kamenskix 2017-ci ildən "STB" kanalında "X-Factor" vokal şousunun hakimi və mentorudur. 2018-ci ildə mentoru Kamenskix olan "ZBSband" komandası şounun 9-cu mövsümündə qalib gəlmiş və Ukrayna "X-Factor"unda qalib gələn ilk qrup olmuşdur.[14] Kamenskix 2020-ci ildə "Ölkənin səsi" vokal şousunun məşqçisi kürsüsünə oturmuşdur.[15] O, layihə tarixində ilk dəfə prodüserlər özləri və PTP komandası üçün qaydaları dəyişdirmiş və iştirakçılara duet yaratmağa icazə vermişdir.[16]
Kamenskixin valideynləri bir müddət Meksikada yaşamışdır. Onun sevimli mahnısı Meksika xalq mahnısı olan "Cucurucu, paloma" olmuşdur.[17]
2018-ci ilin sentyabrında Kamenskix ilk ingilis-ispandilli treki olan "Peligroso"nu təqdim etmişdir. Mahnı "Billboard Music Chart"a daxil olmuş, burada iki ay qalmışdır.[18] Trek "Telemundo"da səhər verilişi olan "¡Despierta América!, Total Acceso and Noticias"da nümayiş edilmişdir.[19] O, reggeton ifaçısı "De La Ghetto" ilə "Peligroso" trekinin birgə remiksini buraxmışdır.[20]
Kamenskix elə həmin il "Elefante" mahnısını buraxmış və ona klip çəkdirmişdir. O, Meksikanın "Cuídate de la Cámara" moda nümayişində rol almışdır.[21] Trek tezliklə nüfuzlu "Shazam Global" dünya çartına düşmüşdür. Mahnı həmçinin, "TikTok" sosial şəbəkəsində 2 milyondan çox kreativ video çəkərək Ukrayna pop divasının mahnısına meydan oxuyan Latın Amerikasının ən yaxşı bloqçuları arasında populyarlıq qazanmışdır. Trek həmçinin Latın Amerikası "TikTok"unda, "Viral" və "Puro Flow" pleylistlərinin əsas səhifəsinə çevrilmişdir.[22]
Kamenskix 2020-ci ilin əvvəlində reggeton ifaçısı "Jacob Forever" və "Jessy Frank" ilə birlikdə "Miami" trekini buraxmışdır.[23] O, 14 fevralda İspaniya rəssamı Xuan Maqan ilə əməkdaşlıq çərçivəsində "Lollipop" treki üçün çəkilmiş videonu təqdim etmişdir.[24] Kamenskix 2020-ci ilin yayında "A Huevo" treki üçün videonun buraxıldığını elan etmişdir. Trekin premyerası 4 sentyabrda baş tutmuşdur.[25] O, 18 sentyabrda ispandilli "Ecléctica" albomunu təqdim etmişdir.[26]
20 may 2015-ci ildə Kamenskix "NKblog" kanalını yaratmışdır. "NKblog"un davamı "Instagram" hesabı olmuşdur. O, qlobal "COVID-19" pandemiyası ilə əlaqədar karantin zamanı "Instagram"da canlı olaraq idman məşqi silsiləsi keçirmişdir.[27] Kamenskix "YouTube"da video təlimləri ilə layihə hazırlayıb işə salmışdır.[28]
Kamenskix 2017-ci ildən "Charity Weekend"in daimi iştirakçısıdır.[29] Kampaniyadan toplanan vəsait Ukrayna Milli Tibb Elmləri Akademiyasının Travmatologiya və Ortopediya İnstitutuna göndərilir. O, 2017-ci ildə "Jiznelyub" xeyriyyə fondunu da dəstəkləməyə başlamışdır.[30][31] Kamenskix 2020-ci ildə BMT Uşaq Fondu və Rəqəmsal İnkişaf Nazirliyinin birgə layihəsinə qoşulmuşdur. O, kiberbullinqi necə tanımaq və onu dayandırmaq barədə ictimaiyyətdə aydınlıq yaratmaq məqsədini daşıyan və yeniyetmələr üçün maarifləndirici serialda rol almışdır.[32] Kamenskix 2020-ci ilin avqust ayında Tabletoçki Fondunun illik "Çiçək əvəzinə xeyriyyə" kampaniyasına qoşulmuşdur.[33]
İl | Sinql | Albom |
---|---|---|
2005 | rowspan="2" style="background: var(--background-color-neutral, #eaecf0); color: var(--color-subtle, #54595d); vertical-align: middle; text-align: center; " class="table-na" | albomsuz | |
2016 | «Абнимос/Досвидос»
(feat. Nadya Dorofeyeva) | |
2017 | «#этомояночь» | NO KOMMENTS |
2018 | «Дай мне» | |
«Тримай» | ||
«Ты же не забыл»
(feat. Lyubov Uspenskaya) |
albomsuz | |
«LOMALA» | NO KOMMENTS | |
style="background: var(--background-color-neutral, #eaecf0); color: var(--color-subtle, #54595d); vertical-align: middle; text-align: center; " class="table-na" | albomsuz | ||
«Попа как у Ким» | ||
2019 | «8-ма марта»
(feat. ZBS Band) |
albomsuz |
«Peligroso»
(feat. De La Ghetto) | ||
«Обiцяю» | ||
«Elefante» | Ecléctica | |
2020 | «Miami»
(feat. Jacob Forever) |
albomsuz |
«Lollipop»
(feat. Juan Magan) | ||
«Воспоминания» | ||
«A Huevo» | Eclèctica | |
«VIBE» | Красное вино | |
2021 | «Почуття» | |
«Девочки рулят» | ||
«Ма» | ||
«Красное вино» | ||
2022 | «Я — Україна» |
İl | Klip | Rejissor | Albom |
---|---|---|---|
«Potap və Nostya»nın tərkibində | |||
2006 | Без любви | Aleksay Potapenko|style="background: var(--background-color-neutral, #eaecf0); color: var(--color-subtle, #54595d); vertical-align: middle; text-align: center; " class="table-na" | albomsuz | |
2007 | Не пара | ||
Крепкие орешки | |||
Внатуре | |||
2008 | Разгуляй | ||
На раЁне | |||
Почему | |||
2009 | Не люби мне мозги | ||
rowspan="5" style="background: var(--background-color-neutral, #eaecf0); color: var(--color-subtle, #54595d); vertical-align: middle; text-align: center; " class="table-na" | albomsuz | |||
2010 | Край ми э Ривер | ||
Лето (Потап и его команда) | |||
Чипсы, чиксы, лавандос (село), | |||
2011 | Выкрутасы | ||
Чумачечая весна | |||
Мы отменяем К. С. | |||
Если вдруг | |||
2012 | Прилелето | ||
Улелето | |||
Awesome summer | |||
Любовь со скидкой | |||
2013 | РуРуРу | ||
Вместе | |||
Всё пучком | Leonid Kolosovski | ||
2014 | Уди Уди | Aleksey Potapenko|style="background: var(--background-color-neutral, #eaecf0); color: var(--color-subtle, #54595d); vertical-align: middle; text-align: center; " class="table-na" | albomsuz | |
2015 | Бумдиггибай | ||
Стиль собачки
(feat. Byanka) |
Leonid Kolosovski | ||
2016 | rowspan="3" style="background: var(--background-color-neutral, #eaecf0); color: var(--color-subtle, #54595d); vertical-align: middle; text-align: center; " class="table-na" | albomsuz | ||
Золотые киты | |||
2017 | Я…….Я (ЯдовитаЯ) | ||
Solo karyera | |||
2005 | style="background: var(--background-color-neutral, #eaecf0); color: var(--color-subtle, #54595d); vertical-align: middle; text-align: center; " class="table-na" | naməlum|style="background: var(--background-color-neutral, #eaecf0); color: var(--color-subtle, #54595d); vertical-align: middle; text-align: center; " class="table-na" | albomsuz | ||
2017 | #ЭТОМОЯНОЧЬ | Alan Badoyev | |
2018 | Дай мне | Tanya Muinyo | |
Тримай (Lyric Video) | Sonya Plakidyuk | ||
LOMALA | Tanya Muinyo | ||
Peligroso (Lyric Video) | style="background: var(--background-color-neutral, #eaecf0); color: var(--color-subtle, #54595d); vertical-align: middle; text-align: center; " class="table-na" | albomsuz | ||
2019 | Попа как у Ким | Leonid Kolosovski | |
8-ма марта
(feat.ZBS Band) |
rowspan="3" style="background: var(--background-color-neutral, #eaecf0); color: var(--color-subtle, #54595d); vertical-align: middle; text-align: center; " class="table-na" | albomsuz | ||
Peligroso
(feat. De La Ghetto) |
Tata Belinina | ||
Обiцяю | Denis Manoxa, Maksim Şelkovnikov | ||
Elefante | Leonid Kolosovski | ||
2020 | Lollipop
(feat. Juan Magan) |
rowspan="2" style="background: var(--background-color-neutral, #eaecf0); color: var(--color-subtle, #54595d); vertical-align: middle; text-align: center; " class="table-na" | albomsuz | |
Воспоминания | Nastya Kamenskix | ||
A Huevo | Leonid Kolosovski | ||
VIBE | Nastya Kamenskix | ||
[2021 | Почуття | Leonid Kolosovski | |
Девочки рулят | |||
Красное вино | Tata Belinina | ||
Sorry 2
(feat. Вася Демчук) |
Dmitri Demyanets | ||
[2022 | Я - Украiна | naməlum | |
You Crying | |||
Коли мине вiна | |||
Кришталь |
NK-nın solo karyerası
İl | Mükafat | Kateqoriya | Nəticə |
---|---|---|---|
2017 | Звёздный Путь (ТРК Украина) | Ньюзмэйкер Года 2017 | Qalib |
2017 | Музыкальная платформа ТРК Украина | Лучшая Рождественская песня | Qalib |
2018 | MEDIA SIESTA | Newsmaker of the Year 2018 | Qalib |
2018 | Музыкальная премия M1, 4 Сезона | Видео зимы 2018 | Qalib |
2018 | Музыкальная премия М1, 4 Сезона | Певица весны 2018 | Qalib |
2018 | Cosmopolitan Awards | 2018-ci ilin müğənnisi | Qalib |
2018 | Музыкальная премия M1, 4 Сезона | 2018-ci ilin müğənnisi | Qalib |
2018 | Музыкальная премия M1, 4 Сезона | 2018-ci ilin klipi | Qalib |
2018 | Звёздный Путь (ТРК Украина) | International Star 2018 | Qalib |
2019 | Музыкальная Премия YUNA | Ən yaxşı estrada hiti | Qalib |
2019 | Музыкальная премия M1, 5 Сезона | 2019-cu ilin müğənnisi | Qalib |
2019 | Музыкальная премия M1, 5 Сезона | Çervona ruta | Qalib |
2019 | Х-фактор | Sevimli dörd hakim | |
2019 | ТРК Украина | «2019-cu ilin ən yaxşı mahnısı» | Qalib |
2020 | Музыкальная премия М2, Золотая жар-птица | «Xalq hiti» | Qalib |
2020 | Музыкальная премия М2, Золотая жар-птица | «İlin müğənnisi» | Qalib |
2020 | Музыкальная премия YUNA | Ən yaxşı qadın sənətçi | Qalib |
2022 | Музыкальная премия YUNA | Ən yaxşı qadın sənətçi | Qalib |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.