Namizədlər Turniri 2024
şahmat turniri / From Wikipedia, the free encyclopedia
Namizədlər Turniri 2024 — 2024-cü il Dünya Şahmat Çempionatı matçına rəqibi müəyyən etmək üçün keçirilən səkkiz oyunçunun iştirak etdiyi şahmat turniri. Qadın Namizədlər Turniri ilə yanaşı, 3–22 aprel 2024-cü il tarixlərində Kanadanın Toronto şəhərində keçirilməsi planlaşdırılır.[1][2]
Cəld faktlar Turnir məlumatları, Oyun ...
Turnir məlumatları | |
---|---|
Oyun | Şahmat |
Yer | Toronto, Kanada |
Tarixlər | 3-22 Aprel, 2024 |
Təşkilatçılar | FİDE |
Format | İkiqat Dairəvi sistem |
İştirakçılar | 8 |
← 2022 |
Bağla
2013-cü ildən bəri hər bir Namizədlər Turnirində olduğu kimi, bu il də ikiqat dairəvi sistemli turnir olacaq[3][4]. Turnirin qalibi şahmat üzrə hazırkı dünya çempionu Dinq Lirenlə Dünya Şahmat Çempionatı 2024-də oynamaq hüququ qazanacaq.