Vi Men Çi (çin. 黄明志; Wee Meng Chee; Huáng Míng zhì) — Malayziya çinlisi olan musiqi ifaçısı, bəstəkarı, kino yaradıcısı və aktyoru. O, Namewee səhnə adı altında tanınır.

Cəld faktlar Doğum tarixi, Doğum yeri ...
Namewee
黄明志
Thumb
Doğum tarixi (41 yaş)
Doğum yeri Malayziya Malayziya, Cohor, Muar
Vətəndaşlığı Malayziya Malayziya
Partnyoru Sara (2010 - günümüz)
Milliyyəti hainanlı han
Təhsili Min Çuan Universiteti
Fəaliyyəti musiqiçi, kino sənətçisi
Fəaliyyət illəri 2007 - günümüz
youtube.com/user/namewee
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

Həyatı

Vi Malayziyanın Cohor ştatında yerləşən Muar şəhərində anadan olub. Doğma şəhərində məktəbini qurtarıb, 2002-ci ildə təhsilini Çin Respublikasında davam etmişdi. Orda, Vi Taoyuan şəhərində Min Çuan Universitetinin kütləvi kommunikasiya proqramını oxuyub.[1] Malayziyanı tərk edəndə, məktəb illərində dostları ilə qurduğu Aunt Band (ing. 大娘乐队) musiqi qrupundan çıxmağa məcbur olub.[2]

Namewee-nin ilk populyarlıq sıçrayışı onun Neqaraku adlı Malayziyanın dövlət himninə Neqarakuku adlı mübahisəli parodiyasının 2007-ci ildə, Çin Respublikasında oxuduğu zamanı YouTube-a yükləşinin nəticəsi idi.[3]

Saxlanması və həbs edilməsi

2016-cı ilin avqustun 2-də bəyan olunub ki, Pinanq polisi onu xaricə səyahətindən qayıdandan sonra dərhal həbs edəcək. O, Oh my God musiqi videosunda İslamı təhqir etməyində ittiham olunurdu.[4] Saxlanmasından əvvəl 2016-cı ilin avqustun 21-də Vi YouTube-da Surrender adlı videonu buraxıb. O videoda, Vi saxlanılmasından əvvəl bədənində zədələr olmamasını göstərmək üçün cinsiyyət orqnlarını senzura eləyib, lüt soyunub.[5]

Planlaşdığına görə, polis onu 2016 ilin avqustun 21-də Kuala Lumpur Beynəlxalq Hava Limanı çatmış saxlayıb.[6] Növbəti gün, o, Cinayət Kodeksinin 295-ci bölməsinə (dini təhqir etmək məqsədi ilə zərər və ya murdar edilməsi) əsasən dörd günə istintaq təcridxanasına qoyulub.[7] 2016-cı ilin avqustun 25-də, məhkəmə onun həbsini mədə yarasına görə uzaltmağı imtina edəndən sonra, Vi müvəqqəti olaraq zaminə buraxılıb.[8]

2018-ci ilin fevralın 22-də o, Like a Dog musiqi videosunda Putra məscidi qabağında isbatsız şəkildə rəqs etdiyini iddia olunduğuna görə, Vi polis tərəfindən istintaq aparmaq üçün bir gün ərzində saxlanılıb.[9]

Birgə işləri

Namewee-nin Stranger In The North (çin. 漂向北方) adlı musiqi videosunda Uan Lihom oynayırdı.[10] 2017-ci ilin oktyabrın 21-də, o həmin mahnının başqa versiyasını, bu dəfə Hohnkonqlu musiqiçi G.E.M. iştrakı ilə buraxıb.[11]

Namewee Yapon aktrisa və müğənnisi Meu Ninomiya ilə Tokyo Bon 2020 (yap. 東京盆踊り2020) musiqili videonu buraxıb.[12]

İstinadlar

Xarici keçidlər

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.