From Wikipedia, the free encyclopedia
Nakaqava Zennosuke (中川善之助?, 18 noyabr 1897, Tokio – 20 mart 1975) – Yaponiya hüquqşünası.[1] Ailə hüququ sahəsində töhfələr vermişdir.
Nakaqava Zennosuke 1897-ci ildə Tokio şəhərində doğulmuş, 1921-ci ildə Tokio Universitetindən məzun olmuşdur.[1] 1922-ci ildə Tohoku Universitetinin hüquq fakültəsində işləməyə başlamış və 1961-ci ilə qədər bu fakültədə qalmışdır.[1] Daha sonra Qakuşuin Universitetinin professoru və Kanazava Universitetinin prezidenti olmuşdur.[1]
O, Hozumi Şiqetonun mentoru olmuş, ailə hüququ sahəsində töhfələr vermişdir.[1] İkinci dünya müharibəsindən sonra Ailə məcəlləsinin yenilənməsində vacib rol oynamışdır.[1] Əsas əsərlərinə "Ailə hüququnun sadə nəzəriyyəsi" (1939), "Yaponiyada ailə hüququ" (1942), "Ailə hüququ" (1958) və "Vərəsəlik hüququ" (1964) aiddir.[lower-alpha 1] 1975-ci ildə ölmüşdür.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.