From Wikipedia, the free encyclopedia
Nadir Miribrahim oğlu Seyidov (d. 28 aprel 1932, Naxçıvan şəhəri — ö. 5 oktyabr 2015, Bakı, Azərbaycan) — Azərbaycan alimi, kimya elmləri doktoru (1968), professor (1969), AMEA-nın müxbir üzvü (1989), AMEA-nın həqiqi üzvü (akademik) (2001).
Nadir Seyidov | |
---|---|
Nadir Miribrahim oğlu Seyidov | |
Doğum tarixi | |
Doğum yeri | Naxçıvan, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (83 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elm sahəsi | kimya |
Elmi dərəcələri | kimya elmləri doktoru, professor |
Elmi adı | akademik |
Təhsili | Azərbaycan Dövlət Universiteti-Kimya fakültəsi |
Üzvlüyü | |
Mükafatları |
|
Nadir Seyidov 28 aprel 1932-ci ildə Azərbaycan SSR Naxçıvan MSSR Naxçıvan şəhərində anadan olmuşdur. 1955-ci ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirib. 1960-cı ildə Azərbaycan SSR Elmlər Akademiyasının Neft İnstitutunun aspiranturasını bitirib. Baş elmi işçi (1960), elastomerler laboratoriyasının (1962-1978), şöbə rəhbəri (1979-1993), EA Olefinlər İnstitutu direktorunun elmi işlər üzrə müavini (1993-1997) vəzifələrində işləyib. 1997-ci ildən — baş elmi işçi, AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunda laboratoriya müdiri işləyir.
300 çapdan çıxmış elmi əsərləri vardır. 250 xaricdə çıxmış elmi əsəri, 102 patenti (xaricdə buraxılmış 16 patent daxil olmaqla) vardır.
1960-cı ildə namizədlik, 1968-ci ildə isə «Aşağı molekul çəkili olefinlərin əsasında yeni elastomerlərin alınması» mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Polimer kimyası sahəsində görkəmli alimdir. Əsas tədqiqat obyekti yüksək molekullu birləşmələr (YMB) kimyası və neft-kimya sintezidir. Onun tərəfindən monomer mühitdə yeni üsulla, SSRİ-də ilk dəfə olaraq etilen-propilen kauçukun müxtəlif markalarının alınması işlənib-hazırlanmış və iqtisadi cəhətdən səmərəli, sadə texnologiyası yaradılmışdır. «AS» və onun təkmilləşdirilmiş forması olan «VNİİOLEFIN-18» katalizatoru «Üzvi sintez» zavodunda poliizobutilenin, Sintetik kauçuk zavodunda butilkauçukun istehsalında, Nijnekamskda və Tolyattidə butilkauçuk istehsalının sənaye miqyasında sınaqdan keçirilmiş və müəyyən edilmişdir ki, həmin katalizatorlar öz aktivliyinə və sabitliyinə görə əldə olunması çətin olan alüminium-xloridi bütünlüklə əvəz edir[1]. Onun rəhbərliyi ilə yüksək aktivliyə və sabitliyə malik olan yeni növ katalizatorlar alınmış, bunların aktivləşmə, oliqommerləşmə, polimerləşmə reaksiyalarında işlədilən katalizatorlardan 2-3 dəfə səmərli olduğu müəyyən edilmiş, Sumqayıt Sintetik Kauçuk zavodunda, Tolyatti İstehsalat Birliyində, Nijni-Kams Kimya Kombinatında sınaqdan çıxarılaraq sənayedə tətbiq olunmuşdur. Etilen-propilen birgə polimerinin parçalanması nəticəsində bir sıra qiymətli məhsulların, o cümlədən effektli özlülük aşkarlarının, xüsusən aşağı temperaturda (-70 °C) donan yüksək özlülüyə malik olan yağların alınması sahəsində də səmərəli tədqiqatlar aparılmışdır. 4 monoqrafiyanın, 250 elmi əsərin müəllifidir. 100 müəlliflik şəhadətnaməsi və 20 xarici ölkənin(ABŞ, Almaniya, İtaliya, Yaponiya və s.) patentini almışdır. Pedoqoji fəaliyyətlədə məşğul olur. İtaliya, Çexoslovakiya, Macarıstan, Bolqarıstan, Polşa, Türkiyə, Rusiya, Finlandiya və s. ölkələrdə beynəlxalq elmi simpozium və konfranslarda Azərbaycan elmini təmsil etmiş və elmi kadrların hazırlanmasında xidmətləri olmuşdur. [2]
Alimin fəaliyyəti Azərbaycan Respublikasının rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. O, "Əməkdar Elm Xadimi" adına layiq görülüb, "Şərəf" və "Şöhrət" ordenləri ilə, həmçinin "Amerika Şərəf medalı" ilə təltif edilib. Alim elmə verdiyi böyük töhfələrinə görə ona Prezident təqaüdü təyin edilmişdi.
Nadir Seyidov 5 oktyabr 2015-ci ildə Bakı şəhərində vəfat etmişdir.[3]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.