From Wikipedia, the free encyclopedia
NGC 6744, Yeni Baş Kataloqda qeydə alınmış qalaktikadır. Göy üzündə Tovuz bürcü istiqamətində yerləşir. SBbc tipli qalaktikadır. Ceyms Dunlop tərəfindən 1826-cı ildə 22.86 sm (9 düymə) ölçülü reflektor vasitəsilə kəşf edilmişdir.[8]
Qalaktika | |
NGC 6744 | |
---|---|
Tədqiqat tarixi | |
Kəşf edən | Ceyms Dunlop |
Kəşf tarixi | 1826 |
İşarələmə | PGC 62836 • ESO 104-42 • AM 1905-635 • IRAS 19050-6354 |
Müşahidə məlumatları (J2000 dövrü) |
|
Bürc | Tovuz |
Birbaşa çıxma | 19s 9d 46.1san[1] |
Meyl | -63° 51′ 19″[1] |
Görünən ölçüləri | 20.10 x 12.9[2] |
Görünən ulduz ölçüsü mV | 8,25[3] |
Xüsusiyyətləri | |
Tipi | SBbc |
Radial sürəti | 841 km/san[4][5][…] |
Qırmızıya sürüşmə | 0,002805 ± 0[6] |
Məsafə | 9,51 Mpk[7] |
Səth parlaqlığı | 14.4[2] |
Verilənlər bazalarında məlumat | |
SIMBAD | NGC 6744 |
Vikidatada məlumat ? | |
Vikianbarda əlaqəli mediafayllar |
Astronomlar Yer kürəsindən 30 milyon işıq ili uzaqlıqda olan bu qalaktikanı Süd Yolunun "əkiz bacısı" adlandırır. Ölçüsünə görə Süd Yolu qalaktikasından 2 dəfə böyük olan NGC 6744 qalaktikası struktur cəhətdən Süd Yolu qalaktikasına çox oxşardır. Onun da Süd Yolu qalaktikasında olduğu kimi dartılmış mərkəzi sahəsi və dəqiq təsvir olunmuş spiral "caynaqları" var. Həmçinin onda ulduzların yaranma sahələri açıq-aydın görsənir. Bundan əlavə NGC 6744 qalaktikasının qonşuluğunda Süd Yolu qalaktikasına peyki olan Magellan dumanlığına bənzər kiçik peyk qalaktika yerləşir[9].
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.