From Wikipedia, the free encyclopedia
Məsud Kimyayi (fars. مسعود کیمیایی; 29 iyul 1941, Tehran) — İran rejissoru, ssenaristi və film prodüseri. O, İran yeni dalğasının rejissorlarından sayılır.
Kimyyai karyerasına 1968-ci ildə "Qəribə gəl" filmi ilə debüt etmiş, rejissor köməkçisi kimi başlamışdır. İkinci filmi "Qeysər" (1969) ilə o, İran kino sənayesində tarixi dəyişikliyə səbəb olmuşdu. Film kassada böyük uğur qazanmaqla yanaşı, daha əvvəl sənayedə şansı olmayan bir çox gənc və istedadlı rejissorların da yolunu açmışdı. Onun filmləri çox vaxt cəmiyyətdə marginallaşmış insanlar haqqında olur və filmin sonunda antiqəhrəmanlar ölür.
O, adətən ssenarilərini özü yazır və ənənəvi adi xalq dialektləri əsasında jarqon dialoqları ehtiva edir. İranda keçirilən festivallarda aldığı bir çox mükafatlardan başqa o, yeganə beynəlxalq mükafatını Berlin Film Festivalında almışdır.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.