Məmişlər (Şuşa)
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Məmişlər — Azərbaycan Respublikasının Şuşa rayonunun Şırlan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şuşa rayonunun Xanalı kənd Sovetindən Məmişlər kəndi Şırlan kənd Sovetinin tərkibinə verilmişdir.[1] 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Məmişlər kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır.
Məmişlər | |
---|---|
39°46′06″ şm. e. 46°37′44″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Bir sıra tədqiqatlara əsasən, XIX əsrin ortalarında Muğanda muğanlı köçəri tayfasının 275 şəcərəsindən, nəslindən biri olmuşdur və hazırda bu nəslin adı Azərbaycanın oykonimiyasında mühafizə olunmuşdur. Digər mülahizəyə görə isə, Məmişlər yaşayış məntəqəsi XIX əsrin əvvəllərində Qarabağlı Mehdiqulu xana məxsus xəlfəli tayfasına mənsub məmişlər nəslinin məskunlaşması nəticəsində yaranmışdır.[2]
Kənd Sarıbaba dağının ətəyində yerləşir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.