Məhərrəm Fərəc oğlu Əlizadə (1909, Şuşa17 noyabr 1942, İndyuk[d], Krasnodar diyarı) — yazıçı, 1939-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Cəld faktlar Doğum tarixi, Doğum yeri ...
Məhərrəm Əlizadə
Doğum tarixi
Doğum yeri Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi
Vəfat yeri İndyuk, Tuapse rayonu, Krasnodar diyarı, RSFSR, SSRİ
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Təhsili Şuşa pedaqoji məktəbi, Azərbaycan Pedaqoji İnstitutu
Fəaliyyəti yazıçı
Fəaliyyət illəri 1934–1941
Əsərlərinin dili azərbaycanca
İlk əsəri Dostlar (1934)
Bağla

Həyatı və fəaliyyəti

Məhərrəm Fərəc oğlu Əlizadə 1909-cu ildə Şuşada anadan olmuşdur. İlk təhsilini Şuşa şəhər birdərəcəli məktəbində almış, 1923-1927 illərdə Şuşa pedaqoji məktəbində oxumuşdur.[1] O, Ağdamın Keştazlı kəndində, Şuşada, 1930-cu ildə isə Bakıda pedaqoji fəaliyyətlə məşğul olmuşdur.[1]

Məhərrəm Əlizadə 1932-1936 illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universitet) Dil və ədəbiyyat fakültəsində təhsil almış, oxuduğu təhsil ocağının aspiranturasında saxlanılmışdır.[1] O, 1939-cu ildən 1941-ci ilə kimi Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki Azərbaycan Dövlət Pedaqoji Universitet)ədəbiyyat metodikası fənnindən dərs demişdir.[1]

Məhərrəm Əlizadə 1934-cü ildən bədii yaradıcılıqla məşğul olmuşdur. Onun sağlığında "Dostlar" (1934), "Qonaq" (1941) adlı iki kitabı işıq üzü görmüşdür.[1]

"Dostlar" və "Qonaq" kitablarındakı hekayələr 30-cu illər Azərbaycan həyatının bir çox cəhətlərinin əks etdirir. Bu hekayələrin mövzusu Azərbaycan qadınının ictimai həyatdakı fəaliyyətindən, müəllim-tələbə münasibətlərindən və başqa mövzulardan ibarətdir.[1]

Məhərrəm Əlizadə cəbhədə vuruşduğu üçün 1941-ci ilin sonlarında çapdan çıxmış "Qonaq" kitabını görə bilmədi.[1]

Onun ölümündən sonra ilk kitabı 1962-ci ildə nəşr olunan "Kədər və sevinc" kitabıdır. Bu kitaba müəllifin 9 hekayəsi daxil edilmişdir.

Məhərrəm Əlizadə 1942-ci Krasnodar diyarının İndyuk kəndində döyüş şəraitində həlak olmuşdur. Şuşada yaşadığı evə xatirə lövhəsi vurulmuşdur.[2]

Əsərləri

  • Dostlar. Bakı, 1936
  • Qonaq. Bakı, 1941
  • Kədər və sevinc. Bakı, 1962

İstinadlar

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.