general-polkovnik From Wikipedia, the free encyclopedia
Məhərrəm Abış oğlu Əliyev (20 oktyabr 1951, Maxta, Noraşen rayonu) — Azərbaycan siyasətçisi və diplomatı, Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri (2023-cü ildən).
Məhərrəm Əliyev | |
---|---|
Vəzifədədir | |
9 dekabr 2023-cü ildən | |
29 noyabr 2019 – 9 dekabr 2023 | |
Prezident | İlham Əliyev |
5 iyun 2017 – 29 noyabr 2019 | |
Nazir | Fikrət Məmmədov |
Sonrakı | Eldar Nuriyev |
20 avqust 2007 – 26 may 2011 | |
Sonrakı | Abbasəli Həsənov |
noyabr 1993 – iyun 2007 | |
Əvvəlki | Cavanşir Məmmədov |
Sonrakı | Rafiq Abbasov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 oktyabr 1951 (73 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | siyasətçi, diplomat, hüquqşünas, polis əməkdaşı[d] |
Rütbəsi |
General-polkovnik Polis general-leytenantı |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Əliyev Məhərrəm Abış oğlu 1951-ci ilin oktyabrın 20-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndində doğulub. 1973-cü ildən Daxili İşlər orqanlarında xidmət edib. 1978-ci ildə Moskva şəhər Orta Xüsusi Milis Məktəbini bitirdikdən sonra şəhər milis İdarəsi 131 saylı milis bölməsinə cinayət işləri üzrə əməliyyat müvəkkili vəzifəsinə təyin edilib.
1980–1992-ci illərdə Bakının rayon polis idarələrində cinayət-axtarış strukturlarında müxtəlif vəzifələrdə xidmət aparıb. 1985-ci ildə SSRİ Daxili İşlər Nazirliyinin Ümumittifaq Qiyabi Hüquq İnstitutunu bitirib. Bakı şəhərinin Nizami, Sabunçu, Xətai, Səbail rayon Polis İdarələrində rəhbər vəzifələrdə çalışıb. 1993-cü ilin noyabrından 2007-ci ilin iyun ayınadək Bakı Şəhər Baş Polis İdarəsinin rəisi olub.
2007–2011-ci illərdə Azərbaycanın Tacikistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 30 noyabr 2012-ci il tarixli Sərəncamı ilə general-leytenant hərbi rütbəsi verilməklə həqiqi hərbi xidmətə qəbul edilib.
2012–2017-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 5 iyun 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini təyin edilib.
2019-cu ilin noyabrında Prezidentin hərbi məsələlər üzrə köməkçisi təyin edilib.[1]
9 dekabr 2023-cü il tarixində prezidentiin sərəncamı ilə hərbi geyim formasını daşımaq hüququ verilməklə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılıb. Dövlət başçısının digər Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri vəzifəsindən azad edilib.[2] Prezidentin daha bir Sərəncamı ilə o, Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.[3]
Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin III, IV və V çağırış deputatı Adil Əliyev Məhərrəm Əliyevin qardaşıdır.
24 dekabr 1998-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "Azərbaycan bayrağı" ordeni ilə[4], 25 iyun 2013-cü ildə "Vətən uğrunda" medalı ilə[5], 24 iyun 2014-cü ildə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni[6] ilə təltif olunub.
19 oktyabr 2021-ci ildə Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif olunub[7]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.