From Wikipedia, the free encyclopedia
Muizəddin Məhəmməd Quri (fars. معز الدین محمد غوری; 1149 – 15 mart 1206) və ya Şihabəddin – 1149-cu ildə anadan olmuşdur. Qövr (Qur) vilayətində anadan olan Quri Şimali Hindistanı üzərində rəhbərlik edib[1].
Məhəmməd Quri | |
---|---|
Şixab-ad-din Muhammed | |
Doğum tarixi | |
Doğum yeri | Qövr (Qur) |
Vəfat tarixi | |
Vəfat yeri | Qəzni |
Vəfat səbəbi | bıçaq xəsarəti[d] |
Atası | Baha al-din-Sam |
Milliyyəti | Əfqanıstanlı |
Fəaliyyəti | monarx |
Vikianbarda əlaqəli mediafayllar |
Quri Cənubi Asiya ölkələrində müsəlmanlığı yayan hərəkatın başçılarından olub. O Əfqanıstan, Banqladeş, İran, Hindistan, Pakistan, Tacikistan və Türkmənistan kimi Cənubi Asiya ölkələrində müsəlman dini təlim edib. O, həmçinin Xarəzmşahlar dövlətinin rəhbəri olaraq Qərbi Asiyada yerləşən Xorasanı işğal edib[2].
Məhəmməd Quri 1149-cu ildə indiki Əfqanıstanın Quri şəhərində anadan olub. Ancaq dəqiq doğum tarixi haqqında məlumat yoxdur. Onun atası Baha al-Din Sam olub. O, o dövrdə Quri regionunda yerli qaydalar yaradanlardan biri hesab olunur. Qurinin böyük qardaşı Qiyas al-Din Məhəmməddir. İki qardaş erkən dövrlərdə əmiləri Ala al-Din Hüseyn tərəfindən həbs edilir.[3][4]
1173-cü ilde Muhamməd Qurinin qardaşı Qiyas al-Din Məhəmməd onu Qəzninin mərkəzi Quriyanın şərq hissəsinin rəhbəri elan edir. 1175-ci ildən başlayaraq Hindistana işğal etməyə hazırlaşan Quri 1186-cı ildən Pencabdakı Qaznevid hökumətini ləğv edir. 1192-ci ilde Tehranda Şimali Hindistana hərbi yürüşə başlayır. 10–12 il ərzinde o artıq Qanq ətrafını tam işğal edir. 1203-cü ilde qardaşı rəhmətə getdikdrn sonra (1203–06) onun yerinə Quriyanın sultanı olur. Bu dövrdə Əfqanıstan və Şimali Hindistanı zəbt edir. Onun ölmündən sonra artıq Hindistanın rəhbərliyi Dehli sultanlığına verilir. 1206-cı ildə vəfat edib.
O qardaşının köməkliyi ilə Quri imperiyasını yaradır. Yaradılan imperiya ilə 1175-ci ildə Quri Multanların Qərmətilikdəki azadlığı üçün mübazirə aparır.[5][6] Oranı azad etdib geri döndükləri zaman indiki Qucaratın Patan şəhərinə o dövrdə isə Anhilvaranın paytaxtı əksər hissəsini səhralar təşkil edən Caukulyaya gəlir. Bu zaman Batlkqaya döyüşü baş verir. Bu döyüş Hindistanda hindlilərin azadlığı uğrunda baş verən döyüş olur. O, Caukulyada Muraja II -nin hökmdarlığı süqut etdirir[7].
1186-cı ildə Qəzvində Xosrov Məlikin hökmdarlığına son qoyur və Qəzvini azad edir[8]. Bundan sonra Məhəmməd Quri Qur şəhərinə qayıdır. Bamiyan və Sistandakı vəziyyətlə özü tək başına vuruşur. Bundan sonra yənə qardaşı ilə birləşib 1190-cı ildə Mərvdə Sultan Şahın hakimiyyətinə son qoyur. Bununlada kifayətlənməyən Quri Xorasını da azad edir.
Pakistan ordusu Qurilərin xatirəsini əbədiləşdirmək üçün üç orta dərəcəli ballistik raket Quri — I, Quri -II və Quri -III adını verdi[9].
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.