![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/7/73/Mahraflag.svg/langaz-640px-Mahraflag.svg.png&w=640&q=50)
Məhrə sultanlığı
From Wikipedia, the free encyclopedia
Məhrə sultanlığı, sonrakı illərdə Qişn və Sokotra Məhrə dövləti (ərəb. الدولة المهرية للبر وسقطرى, Ad-Dawlah al-Mahreyah Llbar wa-Suquṭrah ) və ya bəzən Gəyda və Sokotra Məhrə sultanlığı (ərəb. سلطنة المهرة في الغيضة وسقطرى, Salṭanat al-Mahrah fī al-Ghayḍā’ wa-Suquṭrah) — tarixi Məhrə vilayətini və indiki Yəmənin şərqindəki Sokotranın Quardafuy kanalı adasını əhatə edən sultanlıq. Tarixinin çox hissəsini Bəni Əfrar sülaləsi idarə etmişdir.
Tarixi dövlət | |||
Məhrə sultanlığı | |||
---|---|---|---|
|
|||
|
|||
İdarəetmə forması | monarxiya | ||
![]() |
1886-cı ildə sultanlıq Britaniya protektoratına çevrilmiş və daha sonra Ədən protektoratına qoşulmuşdur. Sultanlıq 1967-ci ildə Cənubi Yəmən Xalq Respublikasının qurulması ilə ləğv edilmiş və hazırda Yəmən Respublikasının bir hissəsidir.[1]
1967-ci ildə Britaniyanın Ərəbistanı tərk etməsi ilə Ədəndə yerləşən Cənubi Yəmən hökuməti Məhrə vilayətini bölərək Əl-Məhrə mühafəzəsini yaratmışdır. Sokotra 2004-cü ilə qədər Ədən mühafəzəsi tərəfindən idarə edilmiş və Hadramaut mühafəzəsinin tabeliyinə verilmişdir.[2]