Muəmmər Qəddafi
From Wikipedia, the free encyclopedia
Muəmmər Qəddafi və ya Müəmmər əl-Qəddafiaudioⓘ ərəb. معمر القذافي [muˈʕamːar alqaðˈðaːfiː]; 1942, Qəsr Əbu-Hadi[d], İtaliya Liviyası[d] – 20 oktyabr 2011[2][3][…], Sirt[4][5][…]) — Liviya dövlət və hərbi xadimi. İnqilab lideri və faktiki olaraq Liviyanın dövlət başçısı (1969–2011), Ümumi Xalq Konqresinin Baş katibi (1977–1979), Liviya İnqilabi Komandanlıq Şurasının Sədri (1969–1977), Liviyanın Baş naziri və Müdafiə naziri (1970–1972).
Məqalənin "Qəddafiyə qarşı üsyan" və "Qətli" bölmələrinin neytrallığı şübhə doğurur. Tərəf tutmaq və ya pisləmək məqsədi daşıyan və doğruluğu sübut edilməyən fikirlər olduğu iddia edilir. Xahiş olunur bu məsələ ilə əlaqədar müzakirələrdə iştirak edəsiniz. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Muəmmər Qəddafi | |
---|---|
ərəb. معمر القذافي | |
Liviya İnqilabının Lideri | |
1 sentyabr 1969 – 23 avqust 2011 | |
Əvvəlki | yox |
Sonrakı | yox |
Ümumi Xalq Konqresinin Baş katibi | |
2 mart 1977 – 2 mart 1979 | |
Əvvəlki | Vəzifə təsis olunub |
Sonrakı | Əbdul Ati əl-Obeydi |
Liviya İnqilabi Komandanlıq Şurasının 2-ci Sədri | |
8 sentyabr 1969 – 2 mart 1977 | |
Əvvəlki | I İdris |
Sonrakı | Vəzifə ləğv edilib |
Liviyanın 13-cü Baş naziri | |
16 yanvar 1970 – 16 iyul 1972 | |
Əvvəlki | Mahmud Süleyman əl-Məqribi |
Sonrakı | Əbdül Salam Cəllud |
Şəxsi məlumatlar | |
Doğum adı | معمر محمد أبو منيار القذافي |
Doğum tarixi | |
Doğum yeri | Sirt, İtaliya Liviyası |
Vəfat tarixi | (69 yaşında) |
Vəfat yeri | Sirt, Liviya |
Vəfat səbəbi | güllə yarası[d][1] |
Dəfn yeri | |
Fəaliyyəti | siyasətçi, yazıçı, zabit |
Atası | Məhəmməd əbu Mənyar |
Anası | Ayşə bin Niran |
Həyat yoldaşları |
1) Fəthiyə Nuri Xalid 2) Səfiyə Farkaş |
Uşaqları |
1-ci evliliyindən oğlu: Məhəmməd 2-ci evliliyindən oğlanları: Seyf əl-İslam, Sədi, Mötəsim Billah, Hannibal, Seyf əl-Ərəb və Xamis qızı: Aişə |
Dini | Quranilik, sünni islam |
Hərbi xidmət | |
Mənsubiyyəti | Liviya Ərəb Respublikası[d], Cəmahiriyyə[d] |
Döyüşlər | |
Rütbəsi | polkovnik |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
1969-cu ildə monarxiya quruluşunu devirərək "Üçüncü dünya nəzəriyyəsini" (Cəmahiriyyə) irəli sürmüş və fikirlərini üç hissədən ibarət "Yaşıl kitab"da ifadə etmişdir. Onun hakimiyyəti dövründə Liviya bir neçə hərbi münaqişəyə cəlb olunmuşdur. 1977-ci ildə Misirlə sərhəd müharibəsi, 1980-ci illərdə Çadda hərbi münaqişə, həmçinin bir sıra terror təşkilatlarına, inqilabçılara və milli azadlıq hərəkatlarına dəstək verməsi səbəbindən 1986-cı ildə ABŞ tərəfindən ölkənin bombalanması və 1990-cı illərdə Liviyanın atom proqramı ilə əlaqədar yeridilən sanksiyalar Qəddafinin hakimiyyət illərinə təsadüf edir.