Cəmahiriyyə
From Wikipedia, the free encyclopedia
Cəmahiriyyə(ərəb. جماهيرية) — ərəb termini olub, əsasən "Kütlələrin dövləti" kimi tərcümə edilir.[1] Bu termin Muammər Qəddafinin 1975-ci ildə nəşr olunan "Yaşıl Kitab"ında qeyd edilmişdir. "Cəmahiriyyə" ("kütlə", "kütlələrin" mənası verir) sözü ilk dəfə yalnız 1981-ci ildə nəşr edilən kitabın üçüncü hissəsində istifadə edilmişdi. Bu ifadə - إن الحركات التاريخية هي الحركات الجماهيرية (Inna al-ḥarakāt at-tārīkhīyah hiya al-ḥarakāt al-camāhīrīyah) şəklində idi və mənası "Tarixi axın kütlələrin axınıdır" idi.
Dövlət idarəetmə formaları |
---|
|
Cəmahiriyyə sözü ərəb dilində "respublika" mənası verən "cümhuriyə" sözündən törəmişdir. İctimaiyyət, camaat mənası verən "cümhur" sözünün cəmi "kütlə" mənasına gələn "cəmahir" sözüdür. Cəmahiriyyə sözü "Kütlənin Respublikası" mənasını verir. Bu sözün xeyli müddət tərcümə edilməməsinə baxmayaraq, sonda Böyük Sosialist Xalqın Liviya Ərəb Cəmahiriyyəsi şəklinə gəldi.
Reyqan hökumətinin 1986-cı il bombalamasından sonra Qəddafi ölkənin rəsmi adının əvvəlinə "Böyük" (العظمى, al-‘Uẓmá) sözünü əlavə etdi.