From Wikipedia, the free encyclopedia
Müxəmməs (ərəbcə – beşlik) – orta əsrlər klassik Şərq, o cümlədən Azərbaycan, habelə aşıq poeziyasında lirik şeir şəkillərindən biri.
Əsasən birinci bəndin bütün misraları həmqafiyə olur, sonrakı bəndlərin yalnız sonuncu misrası birinci ilə qafiyələnir. Müxəmməs 5 misralı bir neçə (əsasən, 5-6) bənddən ibarət olur. Bəndlərin sayı 10-15-ə də çata bilər. Son bəndin misralarından birində müəllifin təxəllüsü verilir. Klassik poeziyada qafiyə quruluşu belədir: aaaaa, bbbba, cccca, çççça və s. Aşıq şeirində orta müxəmməs, qoşayarpaq müxəmməs, cığalı müxəmməs və s. şəkilləri var. Məşhur türkmən şairi Molla Henesin "Tahir və Zöhrə" dastanında da müxəmməs şəklinə müraciət olunmuşdur.
Müxəmməs ictimai mövzulu olmaqla, çox zaman məhəbbət və gözəlliyi tərənnüm edən şeir formasıdır.
Ənənəvi aşıq müxəmməsinin (beşliyin) dördüncü misrası ilə beşinci misrası arasına zəncirləmə tərzində beş hecalı doqquz misra yerləşdirməklə düzəldilir. Həmin beş hecalı doqquz misra (bəzən az da ola bilir) cığa-bəzək hesab edildiyindən bu səpkidə qurulan müxəmməsə “cığalı müxəmməs”lər, bəzi hallarda “cığalı zəncirləmə müxəmməs” adı verilir.[1]
Müxəmməsin çoxçeşidli formaları içərisində diqqətçəkici qəliblərdən biri də cığalı qoşayarpaq müxəmməsdir. Bu formanın əsas xüsusiyyəti misra daxilində qafiyələnmənin getməsidir. Ona görə də ustadlar onu “qoşayarpaq müxəmməs” kimi səciyyələndirir.
Toy mərasiminin qapanış hissəsində, eləcə də aşıq və sevgilisinin vüsalı ilə bitən məhəbbət dastanlarının sonunda aşıqların oxuduğu şux ovqatlı müxəmməs. “Duvaqqapma” öz funksional səciyyəsinə görə ozan oğuznaməçiliyindəki “Yum vermə” ilə eyni mahiyyətdədir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.