Mütəşəkkil cinayətkarlıq
From Wikipedia, the free encyclopedia
Mütəşəkkil cinayətkarlıq maddi mənfəət və ya güc əldə etmək üçün məqsədi ilə yaradılmış olan dəstələri ifadə etmək üçün istifadə olunur. Milli və beynəlxalq səviyyədə əlaqələrə malik olan və müəyyən bir təşkilat (və ya təşkilatlanma) vasitəsilə həyata keçirilən xüsusən də narkotik və psixotrop maddələrin ticarəti, maliyyə cinayətləri və silah qaçaqmalçılığı başda olmaqla yüksək gəlir təmin edən cinayətlərin ümumi adıdır. Mütəşəkkil cinayətkar qruplar müntəzəm olaraq kriminal dəstələr ilə qarışdırılsalar da, əslində onlar müxtəlif funksiyalara görə təşkilatlanmış olan, üfüqi və şaquli iyerarxiyaya malik olan cinayətkar qruplardırlar. Lakin ən əsas olan budur ki, onlar bu və ya digər səviyyədə dövlət məmurları ilə əməkdaşlıq edərək ədalətdən və qanundan bir növ immunitet (toxunulmazlıq) əldə etməyə çalışırlar. Mütəşəkkil cinayətkar qruplar daha çox dövlətin güc tətbiq etmək hüququna malik olan hüquq mühafizə orqanları və ona nəzarət edən polislər, hakimlər, prokurorlar və hərbçilər kimi dövlət məmurları ilə əməkdaşlıq etməyə meyllidirlər. Mütəşəkkil cinayətkar qruplar yalnız bir sahədə fəaliyyət göstərsələr də, məsələn, yalnız heroin qaçaqmalçılığı ilə məşğul olsalar da, maliyyələşdirmə, təhlükəsizlik, güc tətbiqi, nəzarət, daşınma və çirkli pulların yuyulması kimi funksiyalar baxımından bir-birilərindən fərqlənirlər.