Cinayət
From Wikipedia, the free encyclopedia
Cinayətin klassik formal tərifi Fransanın 1791-ci ildə və az sonra 1810-cu ildə qəbul edilən cinayət məcəllələrində verilmişdir. Bu tərif az dəyişiklə bu gün də cinayət qanununda saxlanılır. Varislik prinsipinin tələblərini qoruyaraq Fransanın 1992-ci il Cinayət Məcəlləsində də sosial təhlükəlilik dərəcəsinə görə və əməlin yetirdiyi ziyanın ağırlıq dərəcəsindən asılı olaraq cinayətlərin kriminal əməl, kriminal xəta və kriminal pozuntu kimi növləri fərqləndirilir. Kriminal əməl, barəsində rüsvayedici cəzalar tətbiq edilən əməl kimi, kriminal xəta barəsində islahedici cəza tətbiq edilən davranış kimi, kriminal pozuntu isə törədilməsinə görə cəza tətbiq edilən əməl kimi xarakterizə edilir. Belə tərif məhkəmə hakimiyyətinin fəaliyyətini qanuni çərçivəyə yönəltsə də cinayətin sosial tələbini açmadığına görə formal xarakterə malikdir.
Bu məqalədə çoxsaylı problemlər mövcuddur. Zəhmət olmasa, səhifəni redaktə edərək və ya mövcud problemləri müzakirə səhifəsində diskussiya edərək həll edin.
|
Çezare Bekkariya hələ 1764-ci ildə özünün "Cinayətlər və cəzalar" adlı məşhur əsərində yazırdı: "Cinayətlərin həqiqi ölçüsünü onun cəmiyyətə yetirdiyi ziyan müəyyən edir". Ç. Bekkariya əməlin ictimai təhlükəliliyinə hakim mövqedən qiymət verilməsini tənqid edirdi. Onun fikrincə silki (sinfi) mənsubiyyətə görə oğurluğa və qətlə görə təqiblərin müxtəlifliyi və tətbiq edilən cəzaların qeyri-bərabərliyi ədalətlilik və borc haqqında olan anlayışları dağıdır, əvəzində təsəvvürlərində hakim və məhkum təbəqə üçün eyni dərəcədə təhlükəli olan əməllər ətrafında belə "güclünün hüququ" kimi baxış yaradır.
Beləliklə, cinayətin maddi tərifinin verilməsinə ilk cəhd Çezari Bekkariya tərəfindən edilmişdir.
İnqilabdan sonra rus kriminalistləri arasında cinayətin qanunda veriləcək anlayışı ətrafında qızğın mübahisə olunmuşdur. Mübahisə öncə cinayətə maddi, yaxud formal, ya da qarışıq, yəni maddi və formal anlayışları ehtiva edən anlayışın verilməsi ilə bağlı olmuşdur. Müəlliflər belə yekdil fikrə gəlmişlər ki, cinayətə cinayət qanununda maddi tərif verilməlidir.
Xeyli dərəcədə ideologiya ilə bağlı olsa da, cinayətin daha uğurlu maddi tərifi sovet cinayət hüququnda verilmişdir.
RSFSR Cinayət hüququ üzrə 1919-cu ildə qəbul edilən rəhbər başlanğıcların 6-cı maddəsidə yeridilir ki, cinayət hakim ictimai münasibətlər sistemi üçün sosial təhlükəli olan əməldir. Bu ideya sonradan Azərbaycan Respublikasının 1922-ci ildə qəbul edilən Cinayət Məcəlləsində cinayətə verilən maddi tərif tam siyasi məzmuna malik idi. Məcəllənin 6-cı maddəsində deyilirdi: "Kommunizmə keçid dövründə fəhlə-kəndli hakimiyyəti tərəfindən müəyyən edilən Sovet quruluşunun əsaslarını və hüquq qaydalarını təhlükə altına alan hər hansı ictimai təhlükəli hərəkət və ya hərəkətsizlik cinayət sayılır".
Burada cinayətin sosial təbiətini açmaq, onun ictimai münasibətlər üçün, mövcud ictimai qaydalar üçün təhlükəli olmasını göstərmək tərifin müsbət cəhəti kimi qeyd edilməlidir. Tərifdə cinayətin sosial mahiyyətinin qeyd edilməsi cinayətin yeni maddi anlayışını yaradırdı.
Beləliklə, ilk Cinayət Məcəlləsində cinayətin sinfi təbiəti xüsusilə vurğulanırdı. Xüsusilə 30-cu illərdən başlayaraq "SSRİ-də sosializm qələbə çaldıqca sinfi ziddiyyətlər kəskinləşir" kimi yanlış müddəanın irəli sürülməsi, bu illərdə qəbul edilən cinayət qanunlarını xüsusilə sərtləşdirmiş, bəzi kateqoriyadan olan cinayətləri törədən şəxslərin "xalqın düşməni" elan edilməsi kimi mövqeyin cinayət qanununda təsbit edilməsinə gətirib çıxarmışdır. Bu da cinayətin anlayışına sinfi mövqedən qiymət verməkdən başqa bir şey deyildir.