Müqəddəs Dominika kilsəsi
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Müqəddəs Dominika kilsəsi (qalis. Iglesia de San Domingos) — İspaniyanın Qalisiya bölgəsində, Pontevedra şəhərində yerləşən qədim kilsə. 1895-ci ildən İspaniya Mədəni Maraq Mülkiyyəti siyahısındadır. Hazırda Pontevedra muzeyinin bir parçasıdır.
Müqəddəs Dominika kilsəsi | |
---|---|
Iglesia de San Domingos | |
42°25′52″ şm. e. 8°38′49″ q. u.HGYO | |
Ölkə | İspaniya |
Status | tarixi abidə |
Şəhər | Pontevedra |
Yerləşir | Qalisiya |
Aidiyyatı | Pontevedra muzeyi |
Tikilmə tarixi | 1383 |
Üslubu | qotika |
Vəziyyəti | muzey |
İspaniya Mədəni Maraq Mülkiyyəti | |
Rəsmi adı: Ruínas de San Domingos | |
Tipi | daşınmaz |
Kriteriya | tarixi abidə |
Təyin edilib | 14 avqust 1895[1] |
İstinad nöm. | RI-51-0000070 |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Kilsənin 1-i böyük olmaqla 5 yarımqübbə şəklində darvazası, cənub divarı, 1282-ci ildə tikilən girişi hələ də salamat qalmışdır. Giriş 1282-ci ildə tikilsə də, işlərin yarımçıq qalması səbəbi ilə kilsənin tikintisinə 1383-cü ilə başlanılmışdır və XV əsrdə davam etmişdir.
Kilsə 8 dekabr 1836-cı[2] ildə bağlanmış və bir müəssəsəyə (isp. Junta de Enajenación de Edificios y Efectos de los Conventos Suprimidos de la Provincia de Pontevedra) verilmişdir. Daha sonra 1840-cı ilin mayında sığınacaq kimi Şəhər şurasına əmanət edilmişdir. 1869-cu ilə qədər qadın həbsxanası üçün istifadə olunmuş, 1869-cu ildə Santa Klara uşaq məktəbinə çevrilmişdir. Bütün bu zaman ərzində kilsənin təyinatı Şəhər Şurası tərəfindən müəyyən olunsa da, kilsənin vəziyyəti getdikcə pisləşməyə başlamışdır. 1846-cı ildə bəzi materiallarından yolları örtmək üçün istifadə etməyə başlamışdırlar. 1864-cü ildə tamamilə xarabaya dönmüşdür.
12 mart 1874-cü[3] ildə Fermin Breyin başçılıq etdiyi Şəhər Şurası kilsənin dağıdılması və yaxınlığında yarmarka açılması haqqında göstəriş vermişdir. Bu qərar Əyalət Tarixi Abidələr Komissiyası tərəfindədən də təsdiqlənmiş, kilsənin sadəcə xarabalıqları qalmışdır.
1880-ci ilin iyulunda kilsənin tamamilə sökülməsinə qərar verilmişdir. Bu qərar Tarixi Abidələr Komissiyasının üzvü Xose Kasal Loys hərəkətə keçirmiş və oktyabr ayında bu işə müdaxilə etmişdir. Əyalət valisi Filiberto Abelardo Diaz mayor Alexandro Abreuya işi dayandırmağı əmr etmişdir. 1886-cı ildə kilsənin sökülməsinə yenə bir cəhd olsa da, Pontedevranın tanınmışları və Tarixi Abidələr Komissiyasının müdaxiləsi ilə bu cəhdin də qarşısı alınmışdır.
15 avqust 1894-cü ildə Kasto Sampedro Folqarın prezidenti olduğu Pontevedra Arxeoloji Cəmiyyəti qurulmuşdur. 1895-ci ilin 14 avqustunda Tarixi Abidələr Komissiyasının qərarı ilə kilsə Milli Abidə statusu almışdır. Arxeoloji Cəmiyyətin görüşündə kilsənin gələcəkdə tikilməsi planlaşdırılan muzeyin əsas binası olması qərarlaşdırılmışdır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.