Muş ili
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Muş ili — Türkiyədə il.
Muş ili | |
---|---|
Muş | |
39°00′02″ şm. e. 41°49′38″ ş. u.HGYO |
|
Ölkə | |
İnzibati mərkəz | Muş |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
ISO kodu | TR-49 |
Telefon kodu | 436 |
Poçt indeksi | 49000–49999 |
Avtomobil nömrəsi | 49 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
1960-cı ildə aparılmış siyahıya alma zamanı ilin 168 min nəfər əhalisinin 82 min nəfəri ana dilini kürdcə, 79 min nəfəri türkcə, 3 min nəfəri isə ərəbcə olaraq qeyd etmişdi.[2]
1927-ci il siyahıya alması zamanı hazırkı Muş ilinin əraziləri Bitlis ilinin tərkibində olmuşdur. Bu zaman Bitlis ili mərkəzi (Bitlis), Muş, Əhlət, Malazgirt, Hizan, Varto, Mutki və Bulanık ilçələrindən ibarət idi. 2 iyun 1929-cu il Bitlis ilinin Muş, Bulanık, Malazgirt və Varto ilçələri inzibati mərkəz Muş olmaqla birləşdirildi və Muş ili yaradıldı.[3] Hazırda Muş ili mərkəzi (Muş şəhəri ə/d), Bulanık, Varto, Malazgirt, Hasköy (1987-ci ildə təşkil edilmişdir) və Qorqud (1990-cı ildə təşkil olunmuşdur) ilçələrindən ibarətdir. Qorqud və Hasköy ilçələri mərkəzi (Muş şəhəri ə/d) və Bulanık ilçələrinin inzibati ərazilərində bölünmə hesabına yaradılmışdır. Beləliklə, 1927-ci il siyahıya almasına əsasən hazırkı Muş ilinin indiki ərzisində 43 584 nəfər (22 320 nəfər kişi və 21 264 nəfər qadın) əhali yaşamışdır.[4] Onların 21 499 nəfəri Muş ilçəsində, 9 822 nəfəri Varto ilçəsində, 6 966 nəfəri Malazgirt ilçəsində, 5 297 nəfəri isə Bulanık ilçəsində məskunlaşmışdılar, 43 584 nəfərin sadəcə 697 nəfəri (678 nəfəri kişi, 19 nəfəri qadın) oxuyub-yazma bacarığına malik idi.[4] Siyahıya almaya əsasən 43 584 nəfərdən 34 897 nəfərin ana dili kürdcə, 7 283 nəfərin ana dili türkcə, 908 nəfərin ana dili çərkəzcə, 72 nəfərin ana dili ərəbcə, 10 nəfərin ana dili ermənicə, 1 nəfərin ana dili farsca, 413 nəfərin ana dili isə digər dillər (bilinməyən) olmuşdur.[4]
Qeyd: Osmanlı İmperiyası mərkəzi hökumətinin 1914-cü ildə həyata keçirdiyi ümumimperiya əhali siyahıya almasına əsasən Muş ilinin (o zamanki Bitlis ilinin tərkibində Muş sancağı: Muş, Bulanık, Malazgirt və Varto nahiyyələri) 149 500 nəfər əhalisinin 95 323 nəfərini müsəlmanlar, 54,147 nəfərini isə ermənilər təşkil edirdi.[4][5]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.