From Wikipedia, the free encyclopedia
Mustafa Əbdülcəmil Qırımoğlu (13 noyabr 1943, Ay-Serez qəsəbəsi) — 1943-cü ilin 13 noyabrda o zaman Rusiya Federasiyasının tərkibində olan Krım Muxtar Sovet Sosialist Respublikasının Sudak vilayətinin Ay-Serez qəsəbəsində çoxuşaqlı ailədə anadan olub. Bütün Krım tatarları kimi onun da ailəsi 1944-cü il 18 may tarixində Krımdan Orta Asiyaya köçürülüb.
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Mustafa Əbdülcəmil Qırımoğlu | |
---|---|
krımtat. Mustafa Abdülcemil Cemilev | |
Ukraynanın xalq deputatı[d] | |
12 may 1998 – 14 may 2002 | |
Ukraynanın xalq deputatı[d] | |
14 may 2002 – 25 may 2006 | |
Ukraynanın xalq deputatı[d] | |
25 may 2006 – 15 iyun 2007 | |
Ukraynanın xalq deputatı[d] | |
23 noyabr 2007 – 12 dekabr 2012 | |
Ukraynanın xalq deputatı[d] | |
12 dekabr 2012 – 27 noyabr 2014 | |
Ukraynanın xalq deputatı[d] | |
27 noyabr 2014 – 29 avqust 2019 | |
Avropa Şurası Parlament Assambleyasının əvəzedici üzvü[d] | |
2 oktyabr 2006 – 26 yanvar 2015 | |
Avropa Şurası Parlament Assambleyasının nümayəndəsi[d] | |
Vəzifədədir | |
26 yanvar 2015-ci ildən | |
Ukraynanın xalq deputatı[d] | |
Vəzifədədir | |
29 avqust 2019-cu ildən | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 13 noyabr 1943 (80 yaş) |
Doğum yeri | |
Partiya | |
Fəaliyyəti | siyasətçi, dissident |
Dini | islam |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Haşiyə: "International Relations and Security Network" media agentliyinə 2009-cu il iyulun əvvəllərində verdiyi müsahibəsində Mustafa Cemilev deyib: "Bizim xalq soyqırımın qurbanıdır. İkinci dünya müharibəsi sonunda bizim milləti Stalinin əmri ilə Orta Asiyaya köçürdülər. Heyvanlar üçün nəzərdə tutulmuş vaqonlarda köçürülərkən və Orta Asiyadakı yeni yerlərdə Krım tatarlarının yarısı acından, xəstəlikdən məhv oldu… Mən uşaq olanda, ana və atamın axşamlar göz yaşı içində pıçıldaşmalarından anladım ki, bizim Vətənimiz olub. Bu Vətən – müasir müstəqil Ukraynanın tərkibində olan Krımdır."
1959-cu ildə orta məktəbi bitirən Mustafa bəy sənədlərini Daşkənddəki Orta Asiya Universitetinin Şərqşünaslıq fakültəsinə verir, lakin ona bildirilir ki, Krım tatarlarını bu fakültəyə qəbul etmirlər. Bundan sonra Cəmilev Özbəkistanın Mirzəçaul təmir-mexaniki zavodunda çilingər, tornaçı, elektroçilingər işləyir, daha sonra Daşkəndə köçərək aviasiya zavodunda tornaçı sənətində çalışır.
1961-ci ildə M. Cəmilev gizli yaradılmış "Krım tatar gənclərinin ittifaqı" (KTGİ) təşkilatında tarixi şöbəyə başçılıq edir. Təşkilat bir neçə ay fəaliyyət göstərir və SSRİ "DTK"-si (Dövlət Təhlükəsizlik Komitəsi) tərəfindən repressiyaya məruz qalır. Təşkilatın rəhbərləri Marat Ömərov və Səid Həmzə Ömərov həbs edilərək, 3 və 4 il olmaqla ciddi rejimli əmək-islah kolonunda cəzaya məhkum edilirlər. Gənc Mustafa bəy "antisovet fəaliyyətində" ittiham edilərək işdən çıxarılır və DTK-nin nəzarətinə götürülür.
1962-ci ildə o, Daşkənd İrriqasiya İnstitutunun Hidromeliorasiya fakültəsinə daxil olur. 1965-ci ildə isə, millətçilik və anti-sovet baxışları üstündə institutdan qovulur. Əsas səbəb isə onun KTGİ-ni bərpa etməsi və tələbələr arasında özünün yazdığı "XIII – XVIII əsrlərdə Krımın türk mədəniyyətinin qısa tarixi oçerkləri" əsərini yayması olur. 1966-cı ildə o, "sovet ordusunda qulluqdan yayınma" kimi formal ittihamla 6 ay müddətinə həbs edilir.
Həbsdən azad olduqdan sonra Cəmilev Moskva hüquq müdafiəçiləri ilə yaxınlaşır, SSRİ-də insan hüquqlarının tapdanması, 1968-ci ildə Çexoslovakiyanın sovet işğalı əleyhinə sənədlərin hazırlanması və imzalanmasında fəal iştirak edir. Moskvada akkreditə olunmuş xarici KİV nümayəndələri vasitəsilə Krım tatarlarının problemini dünyaya çatdırmağa çalışır.
1969-cu ilin mayında digər məşhur hüquq müdafiəçiləri ilə birgə "SSRİ-də insan hüquqlarının müdafiəsi təşəbbüs qrupunun" təsisçilərindən biri olur. Həmin ilin sentyabrında Cəmilev yenidən həbs edilir. "Sovet dövlət və ictimai quruluşuna böhtan atmaq" ittihamı ilə ona qarşı qaldırılmış cinayət işi, artıq həbsdə olan dünya üzrə tanınmış hüquq müdafiəçiləri Pyotr Qriqorenko və İlya Qabayın cinayət işləri ilə birləşdirilir.
1970-ci il 19 yanvar tarixində məhkəmə zalında onun son çıxışı SSRİ imperiyasına və kommunist rejiminə qarşı ittiham manifesti kimi qiymətləndirilə bilər. Bu çıxış sonralar əlbəəl gəzərək SSRİ-dəki azadfikirli insanları ayağa qaldırırdı.
Haşiyə: Onun çıxışının son sözləri: "Krım tatar xalqına qarşı qəddar repressiyalara etiraz olaraq, bu xalqın müqəddəs hüququnun – Vətənə olan hüququnun tapdanmasına etiraz olaraq, bizim ölkədə insan hüquqlarının kobud surətdə pozulmasına etiraz olaraq, mən Krım tatar xalqının milli hərəkatının iştirakçısı kimi, SSRİ-də insan hüquqlarının müdafiəsi üzrə Təşəbbqs qrupunun üzvü kimi otuz günlük aclıq aksiyası elan edirəm.
Mən tam dərk edirəm ki, bu aksiya mənim sağlamlığım və hətta həyatım hesabına baş verə bilər, lakin öz milli və vətəndaş hüquqlarımın bu cür kəskin müdafiə formasına əl ataraq, mən ümid edirəm ki, bu olay bir çox insanın yatmış vicdanını oyada biləcək.
Ya Vətən, ya ölüm! Yaşasın azadlıq!"
Daşkənd şəhər məhkəməsinin hökmü ilə, Cəmilev və Qabay 3 il həbs cəzasına, Qriqorenko isə, "psixi qüsurlu" elan edilərək, 5 il müddətinə DTK-nin xüsusi psixiatrik xəstəxanasında məcburi "müalicəyə" məhkum edilirlər. Bu ədalətsiz qərara etiraz əlaməti olaraq Mustafa Cəmilev Daşkənd istintaq tədricxanasında 30 gün davam edən aclıq aksiyası keçirir.
1972-ci ilin sentyabrında azad olunaraq, "islah edilməmiş, antisovet baxışlı element" kimi xarakterizə ilə Gülüstan şəhərində (Özbəkistan) DTK-nin açıq nəzarətinə götürülür. Bu arada oradakı sovxozda mühəndis kimi çalışır.
1974-cü ildə isə, yenidən həbs və 1 illik məhkumluq. İttihamnaməyə görə, guya ordu sıralarına çağırışdan imtina edib. Əslində isə, DTK-nin yerli şöbəsinə məlumat daxil olmuşdu ki, Cəmilev Moskvaya səfər etməyə hazırlaşır. Belə ki, həmin il ABŞ prezidenti Nikson Moskvaya gələcəkdi və DTK çəkinirdi ki, Cəmilev Moskvada Niksona Krım tatarlarının hüquqlarının tapdanması barədə petisiya təqdim edər və ya aksiya təşkil etmək niyyətindədir.
Bu cəzasını Mustafa bəy Omskdakı ciddi rejimli düşərgədə çəkir. Azad olunmasına 3 gün qalmış ona qarşı yeni cinayət işi açılır. Bu dəfə o, cəza müəssisəsində məhkumlar arasında antisovet təbliğatı üstündə ittiham edilir. Bu ittihama qarşı etiraz əlaməti olaraq Cəmilev aclıq aksiyasına başlayır. Artıq "Azadlıq" və "Azad Avropa" radiodalğalarında onun adı geninə-boluna çəkilirdi. Ölümədək aclıq elan etmiş Mustafa Cəmilevi zorən mədəsinə zond yeritməklə qidalandırmağa başlayırlar.
Mustafa Cəmilevin bu məhkumluğunun sonuna yaxın məhkum düşərgəsində ona qarşı "anti-sovet təbliğatı və pantürkizm" ittihamı ilə yeni cinayət işi açılır, lakin 15 günlük aclıq aksiyasından sonra, beynəlxalq mediada SSRİ-nin tənqidi kampaniyasından qurtulmaq üçün onu azad edirlər və xüsusi təyyarə ilə Daşkəndə gətirib 1977-ci ilin dekabrında SSRİ DİN-nin açıq nəzarəti altında azad buraxırlar.
Krım tatarları arasında onun nüfuzu o qədər yüksək idi ki, hətta Özbəkistandakı Krım tatarlarının digər məskənlərinə səfəri yasaq edilmişdi,
amma Daşkənddən kənara çıxdığı üçün 1979-cu ildə il yarım müddətə həbsə məhkum edilir. Tezliklə bu məhkumluq 4 illik Yakutiyaya sürgünlə əvəz edilir. Məhkəmə iclası qapalı keçirilirdi, qohumları və Moskvadan gəlmiş akademik Saxarov məhkəmə zalına buraxılmadılar.
1980-ci ilin 20 iyulda sürgündə Mustafa Cəmilev illərdən bəri onun yolunu gözləyən Safinar xanımla ailə qurur. Onlar sürgündə doğulmuş oğullarının adını Heysər qoyurlar.
Sürgün bitdikdən sonra Mustafa Cəmilev həyat yoldaşı və uşağı ilə birgə Krıma köçür. Üç gün sonra Krımdan çıxarılır. DİN-in açıq administrativ nəzarəti altında Daşkənd vilayətinin Yengiyol şəhərində yaşayıb çilingər işləyir.
1983-cü ilin noyabrında 6-cı dəfə "anti-sovet təbliğatı, millətçilik və pantürkizm" ittihamları ilə həbs edilir. Həmçinin, həbsi ərəfəsində Mustafa Cəmilevin atası vəfat edir. O, atasının cənazəsini Vətəndə – Krımda dəfn etmək üçün onunla həmfikir olmuş həmsoylarının müşayəti ilə Daşkənd hava alanına matəm yürüşü təşkil edir. "İğtişaşlara təşviq" maddəsi də yeni cinayət işinə əlavə edilir. 3 illik məhbəsi Maqadan vilayətinin "Uptar" adlı xüsusi rejimli düşərgədə keçir.
1986-cı ilin dekabrında düşərgə müdiriyyəti ona qarşı "azadlıqdan məhrumetmə yerlərinin qaydalarını pozmaq və məhkumlar arasında anti-sovet təbliğatı" ittihamı ilə yeni cinayət işi açır. Üç ilədək qapalı rejimli müəssisədə məhkumluğu nəzərdə tutan ittihamnaməyə baxmayaraq, artıq SSRİ-də "perestroyka" vüsət almışdı. Demokratik dünyanın Qorbaçov Rusiyası qarşısında qoyduğu tələblərdən biri də məhz, Krım tatar xalqının böyük oğlu Mustafa Cəmilevin azad edilməsi idi. Artıq 70-ci illərdən onun adı Krım tatarlarının lideri və görkəmli hüquq müdafiəçisi kimi bütün dünyaya bəlli idi.
Onu beş il sınaq müddətli üç il şərti cəza ilə azad edirlər. 1987-ci ilin aprelində Krım tatar fəallarının (KTF) ümumittifaq qurultayında Krım Tatar Milli Hərəkatının Mərkəzi Təşəbbüs qrupuna üzv seçilir. "Krım Tatarlarının Milli Hərəkatının xəbərləri" dərgisinin baş redaktoru işləyir.
KTF-in növbəti qurultayında Krım Tatarlarının Milli Hərəkatı Təşkilatı (KTMH) təsis edilir. "Krımoğlu" (Krım tatar ləhcəsində "Qırımoğlu") təxəllüsünü almış Mustafa Cəmilev KTMH-in Mərkəzi Şurasının katibi seçilir. Elə həmin il də o, Krımın Baxçasaray şəhərinə köçür. Beləliklə də Krım tatarlarının öz Vətənlərinə dönüşü başlayır. 1991-ci ilin iyunundan bu günədək o, Krım Tatar Xalq Məclisinin əvəzsiz sədridir. 2014-cü ildə Rusiyaya birləşdirilən Krımda təxribatların təşkilində şübhəli bilinən Mustafa Cəmiloğlu öz yurdundan 5 illik deportasiya olunub. Rusiya prezidenti Vladimir Putinlə telefonla danışmasına baxmayaraq Cəmiloğlu tatarları Krımda keçirilən referendumu boykot etməyə çağırıb. 2014-cü ilin avqustun 20-də Ukrayna prezidenti Petro Poroşenko Krım tatarlarının lideri Mustafa Cəmil Krlmoğlunu şəxsi nümayəndəsi təyin etməsi haqda sərəncam imzalayıb.
Haşiyə: Kremldən gəlmiş dövlət nümayəndələri o zaman Mustafa Cəmilevə bildirirlər ki, Rusiya KTMH-yə istənilən dəstəyi verəcək, lakin bir şərtlə: Krım tatarları 1954-cü ildə Krımın Rusiyadan Ukraynaya verilməsi barədə qərarı tanımamalıdırlar və Krıma köçəndə də Rusiyaya birləşməyə can atmalıdırlar. Cavabında Krımoğlu onlara belə bir sual verdi: "Nəyə görə tarixi 1954-cü ildən başlayaq? 1773-cü ildə rus imperatriçası II Yekaterina Krımı işğal etdi və bizim qara günlərimiz o zamandan başladı. Tarixə qalsa, biz Krım tatarları gərək 1773-cü ildə Yekaterinanın Krım xanlığını ləğv edən manifestindən başlamalıyıq, sonra isə, 1954-cü il qərarına da gəlib çıxarıq. Unutmayın ki, tarixə qalsa, bu ərazi Krım tatarlarınındır. Krım xanlığı Krımda, Ukrayna və Rusiyanın cənubunu əhatə etmiş Türk sivilizasiyasının son dövlət qurumu idi. Türk və müsəlman xalqı kimi Rusiyanın tərkibində qalmağın nə olduğunu biz çox gözəl bilirik. Bu bir dəfə oldu, daha olmayacaq."
O, 1995-ci ilin 8 noyabrında İzmir şəhər bələdiyyəsinin insan haqları sahəsində beynəlxalq mükafatına layiq görülür. Onun adına Ankarada park, Ankarada, Sunqurluda və digər Türkiyə şəhərlərində küçə, Səlcuq Universitetində mühazirə zalı, Kırıkkale Universitetinin kitabxanası var. O, Kastomonu və Kırıkkale şəhərlərinin fəxri vətəndaşıdır.
1998-ci ildə ona BMT Ali Komissarlığının qaçqınlar üzrə F. Nansen adına mükafatı verilir. Ukrayna Radasının (1998-ci il və 2002-ci il çağırışları) iki dəfə üzvü seçilib. 2009-cu il mayın 25-də Ukrayna ziyalıları insan hüquqlarının müdafiəsi sahəsində xidmətlərinə görə Nobel mükafatına layiq görülməsi üçün Mustafa Cəmilevin namizədliyini irəli sürdülər.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.