From Wikipedia, the free encyclopedia
Murahaşi Hisanari (村橋久成?, oktyabr 1842, Satsuma hanı[d], Saykaydo[d] – 28 sentyabr 1892, Kobe) – Meyci dövründə fəaliyyət göstərmiş Yaponiya dövlət məmuru.[1] O, Yaponiyada ilk ictimai pivə zavodunu tikdirmiş və "Sapporo" pivə şirkətinin yaradılmasında vacib rol oynamışdır.[2]
Murahaşi Hisanari | |
---|---|
yap. 村橋久成 | |
Doğum tarixi | oktyabr 1842 |
Doğum yeri | |
Vəfat tarixi | 28 sentyabr 1892 (49 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | vərəm |
Vikianbarda əlaqəli mediafayllar |
Murahaşi Hisanari 1842-ci ildə müasir Kaqoşima prefekturasının ərazisini əhatə edən Satsuma hanında doğulmuşdur.[3] O, Şimazu klanına mənsub olmuşdur.[3] 1865-ci ildə Böyük Britaniyaya göndərilmiş 15 Satsuma tələbəsindən biri olmuş və London Universitet Kollecində təhsil almışdır.[3] 24 may 1866-cı ildə Yaponiyaya qayıtmışdır.[3]
Yaponiyaya qayıtdıqdan sonra Boşin müharibəsində iştirak etmiş və Hakodate döyüşünin başa çatması üçün sülh danışıqlarında rol oynamışdır.[3] 1871-ci ildə Hokkaydo Koloniyalaşdırma Komissiyasında işləməyə başlamış və 1881-ci ilə qədər Hokkaydoda sənayenin, eləcə də, kənd təsərrüfatının inkişafı üçün işlər görmüşdür.[3]
Murahaşi 1870-ci illərdə Hokkaydoda pivə zavodunun yaradılması üçün Nakaqava Seybey ilə birlikdə layihə başlatmışdır.[1] Həmin dövrdə hökumət pivə zavodunu Tokioda tikdirmək istəsə də, Murahaşi pivə istehsalı üçün soyuq iqlimin, xüsusilə də, buzun vacib olduğunu başa düşmüş və Yaponiyanın şimal ərazisi olan Hokkaydonun bunun üçün ən uyğun yer hesab etmişdir.[1] O hesab edirdi ki, Hokkaydoda pivəxananın açılması orada sənayenin və kənd təsərrüfatının inkişafına da müsbət təsir göstərəcək.[1]
Tokioda pivə zavodunun tikintisi üçün hazırlıqlar davam edərkən Murahaşi 1875-ci ilin dekabrında Hokkaydo planı barədə bildiriş yayımlamışdır.[1] Bu bildirişdə Hokkaydonun pivə zavodu üçün ən ideal yer olması 3 arqumentlə müdafiə edilirdi:[1]
Murahaşinin Hokkaydo planı bəyənilmiş və 27 dekabrda Kuroda Kiyotaka tərəfindən təsdiqlənmişdir.[1] Murahaşi 1876-cı ilin mayında Sapporoya gələrək pivə zavodu üçün münasib yerlər axtarmağa başlamışdır.[1] Zavodun tikintisi iyul ayında başlamış və sentyabrda başa çatmışdır.[1]
Yaponiya hökumətinin pivə zavodu barədə qərarını dəyişdirmək üçün göstərdiyi cəhdlərə görə 2005-ci ildə Hokkaydo merinin Sapporo şəhərində yerləşən rəsmi iqamətgahının bağında Murahaşinin 70 santimetr hündürlüyündə olan bürünc büstünün açılışı baş tutmuşdur.[2] Açılışda heykəlin müəllifi Şinya Nakamura və Murahaşinin ulu nəvəsi Tokiko Oyama da iştirak etmişdir.[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.