Rus-yapon müharibəsinin ən böyük və ən qanlı döyüşü / From Wikipedia, the free encyclopedia
Mukden döyüşü — Rus-yapon müharibəsinin ən böyük, ən uzun və ən qanlı döyüşü. Döyüş ümumi uzunluğu 150 kilometrə qədər çatan cəbhə boyu olmuşdu. Hər iki tərəfdən təxminən yarım milyona yaxın əsgər və zabit, iki min yarım artilleriya, 250 pulemyot iştirak etmişdi. Döyüşən orduların ümumi itkiləri 160 min nəfəri (yəni iştirakçıların sayının 30% -ni) keçmişdi, onlardan 24 mindən çoxu həlak olmuş, 131 mindən çoxu yaralanmışdı. Tərəflərdən heç biri bu döyüşdə davamlı qələbə qazana bilmədi, ancaq yaponların Mukdeni ələ keçirməsi onlara öz qələbələrini elan etmələrinə imkan verdi.