From Wikipedia, the free encyclopedia
Mozambik bayrağı — Mozambikin dövlət bayrağı.
Mozambik bayrağı | |
---|---|
Təfərrüatlar | |
Proporsiya | 3:2 |
Vikianbarda əlaqəli mediafayllar |
BMT üzvü ölkələr arasında odlu silahın həkk oldunduğu üç bayraqdan biri də Mozambik bayrağıdır. Bu bayraq dünyada yeganə bayraqdır ki, onun üzərində Kalaşnikov avtomatının şəkli var[1]. Bununla yanaşı bayraqda toxa təsvirinə də rast gəlmək olar ki, avtomatla birgə onlar X-ya bənzər forma yaradırlar.
1975-ci ildə Portuqaliyadan müstəqilliyini aldıqdan sonra Mozambik Azadlıq Hərəkatının bayrağı sayılan, 3:2 nisbətində üfüqi vəziyyətdə yaşıl, qara, sarı zolaqlar və qırmızı düzbucaqlı üzbucaq olan bayrağa FRELIMO-nun (Frente de Libertação de Moçambique - Mozambik Azadlıq Cəbhəsi) simvolları əlaqə edilərək 1983-cü ildə rəsmi bayraq kimi qəbul edilmişdir. Bu vaxta qədər isə bayrağın dizaynı bir qədər fərqli olmuşdur.
Bayraqdakı yaşıl rəng - ölkənin yerüstü sərvətlərini, qara rəng - Afrika qitəsini, qızılı sarı rəng - ölkənin yeraltı sərvətlərini, qırmızı rəng - müstəmləkəçiliyə qarşı müqaviməti, suverenliyin müdafiəsi və milli azadlıq uğrunda silahı mübarizəni, ağ rəng - Mozambik xalqının mübrizənin haqlılığını və sülhü, sarı beşguşəli ulduz - mozambik xalqının beynəlmiləl həmrəylik ruhunu, kitab - təhsili, toxa - kənd təsərrüfatını, istehsalatı və AK-47 - silahlı mübarizəni və ölkənin müdafiəsini simvolizə edir.[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.