Moxave (səhra)
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Moxave (isp. Mojave yerli Moxave tayfasının adı ilə) — Amerika Birləşmiş Ştatlarının cənub-qərbində səhra. Cənubi Kaliforniyanın böyük hissəsini tutur. Yuta ştatının cənub-qərbində, Nevada ştatının cənubunda və Arizona ştatının şimal-qərbində yerləşir.
Moxave | |
---|---|
isp. Mojave | |
| |
Ümumi məlumatlar | |
Sahəsi | 35000 km² |
Temperatur | |
• Yanvarda orta | 0 °C |
• İyulda orta | 50 °C |
• İllik yağıntı | 150 mm |
Yerləşməsi | |
35°0,50′ şm. e. 115°28,50′ q. u. | |
Ölkə | ABŞ |
Regionlar | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Səhranın sahəsi 35 000 km²-dən yuxarıdır. Səhra şimal-şərqdə Texaçapi dağ massivi ilə (ing. Tehachapi Mountains), cənubda isə San-Qabriyela və San-Bernardino dağ silsilələri ilə məhdudlaşmışdır. Dağların sərhədləri kifayət qədər aydın seçilir, çünki bu dağlar iki böyük geoloji sınma ilə ayırılmışdır: San-Andreas və Qarlok. Böyük Hövzənin axını olmayan sahəsi səhranın şimalıboyu, cənubda daha isti Sonora səhrası istiqamətində uzanır. Əsas bitkisi ağacaoxşar Yucca brevifolia palmasıdır. Səhrada 1 750 bitkinin 2 000-ə qədər müxtəlif növlərinə rast gəlmək olar.
Səhradakı ilboyu çöküntülərin miqdarı 150 mm-dən az, ancaq dağlarda — 1 000- 2 000 mm-ə qədər təşkil edir. Səhranın ərazisində Moxave milli qoruğu və Coşua-Tri milli parkı yerləşdirmişdir. Həmçinin Şimali Amerikanın ən aşağı və ən isti yeri — Ölüm dərəsi milli parkı yerləşir, hansı ki, burada iyul-avqust ayında temperatur +50 °C-ə qalxır. Səhranın, Böyük Hövzə, Kolorado platosu və Yuta ştatının sərhədində Zayon milli parkı yerləşir. Quraqlıq iqlimə baxmayaraq, səhrada (xüsusi halda, cənub-qərbdə Antilop vadisi) uzun müddət qrunt sularının və Kaliforniya su kəmərinin köməyi ilə suvarılan torpaqlarda medicago bitkisi əkilir.
Yayda Moxave səhrasının vadilərində temperatur 49 °C və düzən ərazilərdə 54 °C-ə qədər qalxır. Səhra dağlarında qışda qar yağır. Qarlar bəzən avtomagistralların bağlanmasına səbəb olur. Qış ayının orta temperaturu — 0 °C-ə çatır.
İqlimə təsir edən amillərdən biri də küləkdir. Əgər səhranın şərqində yerləşmiş Las-Veqas şəhərində küləkli hava nisbətən az olursa, onda qərbdə küləkli hava hər gün müşahidə edilir və küləyin gücü 80 km/saat-dan çox olur. Texaçapi aşırımı ərazisində elektrik istehsal edən yel turbinləri qurulmuşdur.
ABŞ ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.