Moxaç döyüşü (türk. Mohaç Meydan Muharebesi, mac. Mohácsi csata) — 1526-cı ilin 29 avqust tarixində Osmanlı imperiyası və Macarıstan krallığı arasında Macarıstan ərazisində yerləşən Moxaç ovasında baş vermiş döyüş. Moxaç döyüşü nəticəsində Macarıstan ərazisinin böyük bir qismi Osmanlı imperiyasının nəzarəti altına keçmişdir. Döyüşdə Osmanlı ordusu səhra toplarından geniş şəkildə istifadə etmişdir. Sultan Süleyman Qanuninin əmri ilə qısa zamanda hazırlanan toplar macarların ağır suvari birliklərini sıradan çıxartmağa hesablanmışdı. Macarlar şiddətli top atəşini gözləmdiklərindən bir çox birlik açıq əraziyə çıxmış və böyük bir qismi ağır geyimli suvarilərindən təşkil olunmuş dəstələr 2 saat davam edən döyüşün sonunda məhv olmuşdur. Osmanlı imperiyasının bu döyüşdə düşməninə nisbətən az sayda döyüşçüsünü itirməsi və döyüşü ən qısa zamanda başa vurmasının əsas səbəbi səhra toplarından peşəkar formada istifadə olunması idi. Macarıstan krallığının kralı II Layoş döyüş meydanından qacarkən, bataqlıqda bataraq ölmüşdür.
Cəld faktlar Moxaç döyüşü, Tarix ...
Bağla