Moqotoevo gölü
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Moqotoevo (Maqotoevo) — Saxa Respublikasının şimalında yerləşən laqun mənşəli duzlu göl. Allayxovski ulusunun ərazisinə aiddir. Sahəsinə görə Saxanın ən böyük gölüdür. Kıtalıq qorunan ərazisinə daxildir və Rusiyanın xüsusi qorunan təbii ərazisi kimi qorunur.
Moqotoevo gölü | |
---|---|
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 0 m |
Eni | 34 km |
Uzunluğu | 15 km |
Sahəsi | 323 km² |
Yerləşməsi | |
72°01′24″ şm. e. 149°08′36″ ş. u.HGYO | |
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Göl Yana və İndigirka çayların yerləşdiyi Yana-İndigirka düzənliyinin şimalında yerləşir.[1] Göl səthinin sahəsi — 323 km²-dir.[2][1] Ümumi su toplayıcı hövzəsi — 1170 km²-dir. Gölün dərinliyi haqqında rəsmi məlumat yoxdur. Moqotoevo gölünün uzunluğu 34 km, eni isə 15 km-dir. Sahil xəttlərinin uzunluğu 88,5 km-dir. Göl dəniz səviyyəsindən 0 metr yüksəklikdə yerləşir.[3] Sentyabr ayının ikinci yarısından sonra göl donur. Əsasən iyun ayında buz qatından tam azad olur. Daha soyuq mövsümdə göldə buz qatı ərimir.
Göl suyunun qidalanması qarışıqdır. Əsasən qar suyu üstünlük təşkil edir. Su səviyyəsi əsasən yayın əvvələrində yüksək olur və avqust ayına kimi davam edir. Ən aşağı səviyyə yaz aylarına təsadüf olunur.
Moqotoevo gölünə Voronsova, Cənubi Moqotoevo, Böyük Melkaya kimi böyüklər, eləcə də çoxlu kiçik çaylar tökülür. Kiçik axımla Bolşoe duzlu gölü ilə əlaqəlidir. Moqotoevo gölündən Kiçik Melkaya çayı çıxır və Şərqi Sibir dənizinə tökülür. Bəzən su axımı dənizdən əksinə, gölə doğru olur.[4]
Göl sahilləri düzənlik relyefə malikdir. Düzənlik əsasən mamır və şibyələrdən, eləcə də tundra kolluqlarından ibarətdir. Nadir hallarda ağaclara rast gəlinir. Göl daxilinə bir neçə burun daxil olub: Klık burnu, Kryuçok burnu, Tupoy burnu, Ostrıy burnu. Ətraf ərazilərdə daimi donuşluq relyef formaları üstünlük təşkil edir. Göl ətrafında heç bir yaşayış məntəqəsi yoxdur. Gölün şimal sahillərində bir neçə ovçu daxması mövcuddur.
Göl suyunda əsasən siqi, ağ qızılbalıq və Avropa siqisi üstünlük təşkil edir. Göl sahillərində qaqa, ağ qaş qaz və digər su quşları yuva qurur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.