Monqol işğalları
From Wikipedia, the free encyclopedia
Monqol işğalları—13-cü əsr boyu baş tutmuş, 1300-cü ilədək artıq Asiya və Şərqi Avropanı əhatə edən geniş Monqol İmperiyasının yaranması ilə nəticələnmişdir. Tarixçilər Monqol İmperiyası daxilindəki dağıntıları bəşəriyyət tarixindəki ən ölümcül münaqişələrdən biri kimi qiymətləndirirlər.[1][2] Əlavə olaraq, monqolların kəşfiyyat xarakterli yürüşləri zamanı özləri ilə vəba gətirməsi, Asiya və Avropanın geniş hissələri boyu yayması və sonradan Qara ölüm adını alan və kütləvi insan həyatının itirilməsinə səbəb olan epidemiyanın əsasının qoyması ehtimalı da var.[3][4][5][6]
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Monqol işğalları | |
---|---|
| |
Tarix | 1206-1405 |
Yeri | Avrasiya |
Nəticəsi |
• Monqolların Avrasiyanın böyük hissəsini işğal etməsi • Monqol İmperiyasının və varis dövlətlərin qurulması • Abbasilər, Alaniya, Dəşt-i Qıpçaq, Dzurdzuketiya (Çeçenistan), Zin, Xarəzmşahlar, Kiyev Rus, Kimək xaqanlığı, Ələmut, Qaraxitaylar, Sun, Tatarlar, Volqa Bulqariyası və Si Syanın süqutu • Antioxiya, Kilikiya, Belozer, Bolqarıstan, Çerniqov, Dali, Qaliçiya-Volniya, Gürcüstan, Qoryo, Novqorod, Pereslavl-Zalesskiy, Pskov, Qarahoca, Ryazan, Rum, Sukxotay, Trabzon, Tripoli, Tver, Yaroslavl, Serbiya, Smolenskin vassala çevrilməsi və Sibirin cənub, mərkəz, şərq və qərb hissələrinin birləşdirilməsi • Trakiya, Macarıstan, Polşa daxil olmaqla, Mərkəzi və Şərqi Avropa boyunca dağıntılar • Hindistan yarımqitəsi, Cənub-Şərqi Asiya, Misir, Yaponiya və Macarıstanı işğal etməkdə uğursuzluq • Pax Mongolicanın yaranması |
Vikianbarda əlaqəli mediafayllar |
Monqol İmperiyası 13-cü əsr ərzində Asiya boyu bir sıra işğal və yürüşlər əsasında yaranmış, 1240-larda isə Şərqi Avropaya çatmışdır. "Dənizlərin imperiyası" adlandırılan özündən sonrakı bir çox imperiyanın (Britaniya) əksinə, Monqol İmperiyası daha cox quru əsaslı olmuş, otarma yönümlü Monqol süvari və mal-qara qüvvəsinə əsaslanmışdır.[7] Bu səbəbdən monqol qarət və yürüşlərinin əksəriyyəti mal-qara üçün kifayət qədər otun movcud olduğu daha isti fəsillərdə baş tutmuşdur.[7] Monqolların yüksəlişindən əvvəl 1211-dən 1225-ə qədər 15 il rütubətli və isti hava şəraiti atların yetişdirilməsi üçün əlverişli şərait yaratdı və bu da monqolların işğalarına böyük kömək etdi.[8]
Rus dövlətlərinə qarşı Tartar və Monqol yürüşləri 1260-cı illərdə Monqol İmperiyasının parçalanmasından daha sonralara qədər davam etmişdir. Digər ərazilərdə, Çində monqolların qazandığı əraziləri əldə saxlaması 14-cü əsrdə Yuan sülaləsinədək, İranda isə 15-ci əsrdə Teymurilər adı altında davam etmişdir. Hindistanda Monqol dövləti 19-cu əsrədək Muğal imperiyası adı altında mövcud olmağı bacarmışdır.