From Wikipedia, the free encyclopedia
Monetarizm - tədavüldəki pulun miqdarında hökumətin rolunu vurğuluyan monetar iqtisadiyyatdakı iqtisadi təlim məktəbidir. Monetarist nəzəriyyəyə görə pul təklifindəki dəyişmələr ölkə istehsalında qısa müddətli, qiymətlər üzərində isə daha uzun periodlu böyük təsirlər göstərir. Monetaristlər monetar siyasətin hədəflərinin istənilən kimi qarşılanması üçün diskreditasiya edilmiş monetar siyasəti ön plana çıxarmaq əvəzinə, pul təklifindəki artım nisbətinin hədəflənməli olduğunu iddia edirlər.[1]
Bu gün monetarizm əsasən Milton Fridmenin əsəriylə əlaqəli olaraq bilinir. O əvvəllər keynsçi iqtisadiyyatı qəbul edib daha sonra Keynsin geriləmə dönəmləriylə mübarizə aparmaq üçün maliyyə siyasəti (hökumət xərcləmələri) güdülməli olduğu fikrini tənqid edənlərdən biri idi.[2] Fridmen Anna Şvartzla birlikdə önəmli "ABŞ-nin Monetar Tarixi, 1867-1960" kitabını yazdı [3] və "inflyasiyanın həmişə və hər yerdə monetar bir fenomen olduğunu" iddia etdi.[4]
ABŞ Mərkəzi Bankının mövcudluğuna qarşı çıxsa da [5] Fridmen düşünürdü ki mərkəzi bank pul təklifinin artışını mallara olan tələb və məhsuldarlıqdakı artışa uyğun olaraq saxlayan bir siyasəti hədəfləməliydi.[6]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.