From Wikipedia, the free encyclopedia
Molla Cümə (tam adı: Süleyman Salah oğlu Orucov; d. 1854, Aşağı Layısqı, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası — ö. may 1920, Aşağı Layısqı, Nuxa qəzası, Azərbaycan SSR) — Azərbaycan aşığı və şairi.[1]
Molla Cümə | |
---|---|
Süleyman Salah oğlu Orucov | |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Aşağı Layısqı, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Aşağı Layısqı, Nuxa qəzası, Azərbaycan SSR |
Vətəndaşlığı |
Rusiya imperiyası Azərbaycan Xalq Cümhuriyyəti |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Aşıq, şair, əkinçi |
Fəaliyyət illəri | 18??—1920 |
Janr | aşıq |
Musiqi aləti | Saz |
Vikianbarda əlaqəli mediafayllar |
Molla Cümənin həyatı haqqında ən səhih mənbə şeir və dastanlarıdır. Molla Cümənin anadan olma tarixi indiyə qədər təxmini qeyd edilmişdir. O, 1854-cü ildə Nuxa qəzasının Aşağı Layısqı kəndində anadan olmuşdur. "Molla" təxəllüsünü ona savadlı olduğu üçün verilmişdir. Molla Cümənin əsas peşəsi əkinçilik olmuşdur. Qax, Zaqatala, Balakən varlılarının zəmisində biçin biçmiş və bundan aldığı zəhmət haqqı ilə ailəsini dolandırmışdır.
Molla Cümə ilk təhsilini Aşağı Göynük kəndində İbrahim Əfəndizadənin mədrəsəsində almışdır. Az müddət içərisində ərəb və fars dillərini mükəmməl öyrənmişdir. Ancaq o mədrəsədən tez uzaqlaşmışdır; gözəl təbə, şairlik istedadına malik gənci şeir, söz daha çox cəlb etmişdir.
O, 1918–1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin fəal tərəfdarlarından olub.[2] Həmin dövrdə Qarabağ və Zəngəzurda erməni quldurları dinc azərbaycanlı əhaliyə divan tutarkən, digər bölgələrdə olduğu kimi, Şəkidə də Azərbaycan ordusuna kömək məqsədilə könüllü dəstələr yaradılırdı.[2] Həmin dəstələrdən birini aşıq Molla Cümə və onun əmisi oğlanları yaratmışdı.[2] 1920-ci ilin mayında, Azərbaycanın sovetləşməsindən sonra bolşeviklərin həyata keçirdiyi repressiyada onun bütün qohumları həbs olunub.[2] Bu haqsızlıq ona pis təsir etmişdi və onu sarsıdmışdı.[2]
Molla Cümənin ölümü haqqında olan şifahi məlumatları üç qrupa ayırmaq olar. Birinci varianta görə, XI Qızıl Ordunun Azərbaycana gəlişi zamanı mollaları yığıb harasa aparıblar və onları gizlicə öldürmüşlər. İkinci variant odur ki, Molla Cümə atışma zamanı kəndlilərin arasında olub, bir çoxları kimi, ona da güllə dəymişdir. Sonuncu və çoxlarının iddia etdiyi versiya odur ki, aşıq XI Qızıl Ordu gələrkən əsgər paltarına girmiş erməni əsgərləri tərəfindən qılıncla qətlə yetirilib.
Molla Cümənin həyatı haqqında ən səhih mənbə şeir və dastanlarıdır. Molla Cümənin anadan olma tarixi indiyə qədər təxmini qeyd edilmişdir. O, 1854-cü ildə Nuxa qəzasının Aşağı Layısqı kəndində anadan olmuşdur.[3] "Molla" təxəllüsünü ona savadlı olduğu üçün verilmişdir.
Cümənin atası Saleh kişi əkinçiliklə məşğul olmuşdur. O, yeganə oğlu Cüməni də kiçik yaşlarından təsərrüfat işlərinə alışdırmışdır. Molla Cümənin əsas peşəsi əkinçilik olmuşdur. Qax, Zaqatala, Balakən varlılarının zəmisində biçin biçmiş və bundan aldığı zəhmət haqqı ilə ailəsini dolandırmışdır. Qızı Reyhanın sözlərinə görə, ölümünə qədər atasının əlindən oraq və yaba düşməmişdir.
Molla Cümə ilk təhsilini Aşağı Göynük kəndində İbrahim Əfəndizadənin mədrəsəsində almışdır. Az müddət içərisində ərəb və fars dillərini mükəmməl öyrənmişdir. Ancaq o mədrəsədən tez uzaqlaşmışdır; gözəl təbə, şairlik istedadına malik gənci şeir, söz daha çox cəlb etmişdir. O, on beş-on altı yaşlarından saz çalmağa başlamışdır.[2]
Molla Cümə öz şəxsi mütaliəsi ilə klassik Azərbaycan ədəbiyyatını, onun xüsusilə Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Qasım bəy Zakir, Əbülqasim Nəbati kimi sənətkarlarını, Azərbaycan aşıq sənətini və xalq ədəbiyyatını dərindən öyrənmişdir.
Molla Cümənin Şəki əlyazmasının əvvəlində qeyddə yazılır ki, bütün ömrü boyu əkinçiliklə məşğul olan Molla Cümə qış aylarında Şəki, Qax, Zaqatala, Balakən rayonlarını, Dağıstanın kəndlərini dolaşır, məclislər aparır, öz sevincini elin sevinc və kədərinə qatırdı.[4] Akademik Həmid Araslının redaktəsi və müqəddiməsilə çap olunan "Aşıqlar" kitabında qeyd olunur ki, Molla Cümə XIX əsrin sonları və XX əsrin əvvəllərində Qax rayonunda yaşamışdır.[4]
Molla Cümənin şeirləri həm şifahi şəkildə və həm də əlyazmaları şəklində yayılmışdır. Molla Cümə ənənəvi olaraq bütün şeirlərini tək bəndlərlə yazmışdır. Aşıq şeir şəkillərini "Divani" ilə başlayır. Onun bütün əlyazmalarında "qoşma" adı çəkilmir, aşıq qoşmaya "qafiyə" deyir. Dübeyti, hecabeyt kimi şəkillər gəraylı üstündədir. Molla Cümənin şeirləri iki yolla yayılıb: Əlyazmalar və şifahi yolla. Əlyazmaların bir hissəsi professional katiblər tərəfindən köçürülüb və yayılıb. Bir də həvəskarlar əlyazma sahiblərindən alıb özləri üçün köçürülüb saxlanmışdır. Molla Cümənin Şəkidən tapılan əlyazmasında aşığın qoşduğu şeir şəkillərinin adları sadalanır:
Ey həzərat, mənim bu dəftərimin içində yazılıbdır: Əvvəl divani və ikinci qafiyə, üçüncü dübeyti, dördüncü heçabeyt, beşinci kükəri və ərəbi, altıncı təcnis, yeddinci təxmis, səkkizinci şikəstə, doqquzuncu bayatı, onuncu qaraheca, on birinci dodaqdəyməz, on ikinci müxəmməs.[4] |
O, həmişə haqsızlığı, varlı-güclü, yoxsul-zəif məsələlərini demokratik cəbhədən, xalq cəbhəsindən təhqir etməyə çalışmışdır və kəndli hərəkatı başçılarına da rəğbət bəsləyirdi.
Molla Cümənin ədəbi irsi içərisində həcvlər mühüm yer tutur. Aşıq həcvlərinin çoxusunda varlıları, din xadimini, alverçi və ya mülkədarı kəskin tənqid atəşinə tutmuşdur. Aşıq zəmanənin ən varlı adamlarından olan Qıpcaqlı Hacı Kərim, Şəkili Cavad ağa, Axsaq Laçın, Almalı İsa dəllək, Səid və başqalarının özbaşınalığı, yoxsullara həqarəti, zülmü, ikiüzlülüyü, yalan və xəsisliyi həcvlərdə birbaşa üzlərinə deyilmişdir. O, yaşadığı dövrdən şikayətlənir, bəzən varlıları, qoluzorluları ədalətə, yaxşılığa, səxavətə, alicənablığa çağırır, yoxsulları müdafiə edirdi. Xüsusilə son dövr şeirlərində ədalətli, sərbəst, xoşbəxt bir zamanın gələcəyinə böyük ümidlər bəsləyirdi.
Molla Cümənin ədəbi irsi içərisində Qədim Şərq, Azərbaycan əfsanə və əsatirləri, xüsusilə İslam dünyası ilə əlaqədar çoxlu şeirlər vardır. O, heç bir şeirində İslamı təbliğ etmir, insanları dinə çağırmır ancaq İslamın böyüklüyünü, müqəddəsliyini və toxunulmazlığını ürəkdən gələn sözlərlə bədii şəkildə ifadə edir.
Molla Cümə yaradıcılığında fırıldaqçı din nümayəndələrinə kəskin nifrət vardır. Aşığın "Molla", "Əfəndi", "Hacılar", "Olacaq" və sair rədifli çoxlu şeirləri bu cəhətdən xüsusilə diqqəti cəlb edir. Aşıq şeirlərlə yolunu azan din nümayəndələrinin bütün fırıldaqlarını üzünə deyir, min cür yollarla xalqı aldadıb malını əlindən aldıqlarını açıqca göstərir:
Mənim kəftarıma yaxşı deməzsən,
Nə keçir könlündən, kimə əvəzsən?
Yediyin haramdır, halal yeməzsən,
Gəl çəkmə xalçanı qırağa, molla.
Molla Cümə[4]
Molla Cümənin yaradıcılığında əsas yeri məhəbbət lirikası tutur. Aşığın müxəmməs, gəraylı, divani, təcnis və deyişmələrindəki yüksək sənətkarlıq, ülvi məhəbbət hissləri, nəhayətsiz həyat eşqi, canlı və təbii lirik duyğular, əxlaqi-estetik duyumlar kütlələrin zehninə, təfəkkürünə, dünyagörüşünə güclü təsir göstərir, onları daim düşündürür.
Aşıq şeirlərində insan gözəlliyini böyük səmimiyyətlə vəsf edir. O, incə zövqə malik, insanın daxili, ruhi hisslərini gözəl, təsirli ifadələrlə inikas etdirirdi. Molla Cümə tərif etdiyi gözəllərin adını bərk ayaqda əbcət hesabı ilə hərflərlə demiş, yaxud da gözəlin adında olan hərfləri şeirin vəzninə uyğunlaşdırıb söyləmişdir. Çoxlu şeirlərində dörd hərfin həsrəti ilə alışıb yandığını bəyan edir. Ancaq bu dörd hərf də müxtəlif şeirlərdə müxtəlif hərflərdir.
Molla Cümənin ən çox təriflədiyi gözəllərdən biri gözəl, ürəyi açıq və qonaqpərvər Nigar adlı xanım haqqındadır. Çobankola gələndə Molla Cümə bu ailənin qonağı olarmış. Molla Cümə bir neçə mahnısında Nigarı xatırlamış və nəhayət ona üç şeir həsr eləmişdir. Şeirlərin birincisi beş bənddən ibarət müxəmməsdir. Burada Nigar elin ən ulu, müqəddəs, ad-sanını özündə yaşadan bənzərsiz bir gözəl kimi təriflənir.
Hər dəfə Zaqatalaya yolu düşəndə Molla Cümə bu ailəyə baş çəkərdi. Yenə bir gün Nigarı, onun anası Ayşaxatını yoluxmaq üçün onlara gəlir. Bu zaman Ayşaxatın pəncərədən görür ki, Molla Cümə həyət qapısını açıb içəri girir. Özünü saxlaya bilmir, dizlərinə döyə-döyə, başının tükünü yola-yola aşığın qabağına yüyürür. Molla Cümə o saat işin nə yerdə olduğunu bilir. Ayşaxatına ürək-dirək verir, elə bu anda ikinci bir şeir Molla Cümənin başında dolanır. "Tək düşmüşdün Çobankola ay Nigar" deyən aşıq vaxtsız dünyadan köçmüş bu el qızına ağı oxuyur:
Ərə getdin, yaman dərdə tuş oldun,
Boylanmadan sağa-sola, ay Nigar.
Gəlin oldun, hərgiz yetmədin başa,
Dağ düyünüm qoydun dosta-sirdaşa.
Anan Ayşaxatın dönüb bayquşa
Ağlar, deyər: aman bala, ay Nigar.
Molla Cümə[4]
Molla Cümə həyatla vaxtsız vidalaşan bu el gözəlinin faciəsini üzün illər unuda bilməmişdir.
Molla Cümənin ictimai movzuda da şeirləri çoxdur. Bunlardan bəziləri bilavasitə aşığın məşğuliyyəti, əmək və zəhməti ilə əlaqədardır. Buna misal olaraq "Ay arvad" və "Sərçələr" rədifli şeirlərini qeyd etmək olar. Aşıq arvadına müraciətlə o dövrün bir sıra məsələlərini belə qələmə almışdır:
Ağyazlıda taxılımız zay oldu,
Bu ilki il kəsəkənlər bay oldu.
İnanmıram, çəltikdən də pay oldu;
Qazı kimi it ortaqdı, ay arvad.
Məsdilərin üstümüzdə borcu var,
Saldat pulu, bir də mirab xərci var,
İki qəvlə otuz manat töycü var,
Az demirəm, hələ çoxdu, ay arvad.
"Ay Arvad", Molla Cümə[4]
Molla Cümənin iki dastanı məlumdur: "Səyyad və Səyalı" və "Molla Cümə və Aşıq Könlü". "Molla Cümə və Aşıq Könlü" qoşmalar və Könlünün deyişmələrindən (Həmin dastanı hər iki şəxsin dilindən Molla Cümə özü söyləmişdir) ibarətdir. Dastandakı bağlamaların bir hissəsi "Abbas və Gülgəz", "Valeh və Zərnigar" və başqa Azərbaycan dastanlarında olan dini mövzulara aid deyişmələri xatırladır.
Şeirlərini müxtəlif zamanlarda yazıya köçürən Molla Cümənin ədəbi irsi yalnız Sovet hakimiyyəti illərində toplanıb, çap edilib və oxuculara çatdırılmışdır. 92 səhifədən ibarət olan Qax əlyazmasında aşığın 200-ə qədər şeiri toplanmışdır. İri həcmli mühasibat dəftərindən ibarət həmin əlyazmada şeirlər şəkillər üzrə düzülmüş və nömrələnmişdir. Əlyazma müxəmməslə başlayır. Sonra isə təcnislər gəlir. Dəftərdə təcnisin bir çox nümunələri verilib. Təcnislərdən biri belə adlanır: "Təcnis dodaqdəyməz, özü də yedəkləmə, əlif əvvəlaxır". Şeirin qurtaracağında bu sözlər yazılmışdır: "'Afərin o adama ki, bu təcnisi oxuyub mənasın bilə, bilməyən qanmaza heyfdir, heyf".
Molla Cümənin əlyazmaları içərisində bayatılar da vardır. Vərəqlərin kənarında ağ yerlərdə həmişə haşiyələrdə yazılan bayatılara burada xüsusi səhifə ayrılmışdır. Onlar aşağıdakı şeir parçası ilə başlayır:
Xuda çatmaz dada Molla Cümə,
Yetməzsən murada Molla Cümə,
Sirrini vermə yada Molla Cümə,
Cəfan gedər bada Molla Cümə.
Molla Cümə[4]
1917-ci ildə Oktyabr inqilabı və onun sədalarının Azərbaycana gəlib çatması aşığın yeni, azad, ədalətli bir həyata olan inamını xeyli artırdı. O, sevincini mahnılarla car eləməyə başladı:
Ay cammaat, gəlin sizə söyləyim,
Azadlıqdan xoş bir səda eşitdim.
Bəylərin torpağı gedir əlindən,
Azadlıqdan xoş bir səda eşitdim.
Molla Cümə[4]
Molla Cümə bir sıra şeirlərində ərəb əlifbasının hərflərindən istifadə edir. Bu hərfləri elə işlədir ki, şeirlərin qafiyə, rədiflərinə uyğun olsun, həm də hərtərəfli işlətməklə onlar vasitəsilə müəyyən müəmmalı sözlər də söyləyir. Həmin gəraylıların misralarında – rədiflərində aşağıdakı sözlər işlədilmişdir: ata, sata, bata, yata; məsələn: "Əlif", "əlifə", "te", "əlifə iki", "əlif" və bir "tey" hərfi ata oxunur, eləcə də başqa misralar.
O, 1918–1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin fəal tərəfdarlarından olub.[2] Həmin dövrdə Qarabağ və Zəngəzurda erməni quldurları dinc azərbaycanlı əhaliyə divan tutarkən, digər bölgələrdə olduğu kimi, Şəkidə də Azərbaycan ordusuna kömək məqsədilə könüllü dəstələr yaradılırdı.[2] Həmin dəstələrdən birini aşıq Molla Cümə və onun əmisi oğlanları yaratmışdı.[2] 1920-ci ilin mayında, Azərbaycanın sovetləşməsindən sonra bolşeviklərin həyata keçirdiyi repressiyada onun bütün qohumları həbs olunub.[2] Bu haqsızlıq ona pis təsir etmişdi və onu sarsıdmışdı.[2]
Molla Cümənin ölümü haqqında olan şifahi məlumatları üç qrupa ayırmaq olar. Birinci varianta görə, XI Qızıl Ordunun Azərbaycana gəlişi zamanı mollaları yığıb harasa aparıblar və onları gizlicə öldürmüşlər. İkinci variant odur ki, Molla Cümə atışma zamanı kəndlilərin arasında olub, bir çoxları kimi, ona da güllə dəymişdir. Sonuncu və çoxlarının iddia etdiyi versiya odur ki, aşıq XI Qızıl Ordu gələrkən əsgər paltarına girmiş erməni əsgərləri tərəfindən qılıncla qətlə yetirilib.[3][5]
Şəkidə Molla Cümənin qızı Reyhan xanımın 1962-ci ildə bağışladığı əlyazmasında aşağıdakı sözlər yazılmışdır:
1920-ci ildə bolşeviklər Nuxaya gəldiyi vaxt Nuxa, Zaqatala arasında hərbi gedişat sürətlənirdi. Şuranın gəldiyi bütün ətrafa, kəndlərə yayılır və bütün camaat, əhali qaçmağa başlayır. Bu xəbəri eşidən Aşağı Layisqi kəndindən dəxi olanlar başlayır. Molla Cüməyə bu xəbər çatınca heç yerə tərpənməyir; "getməyin, bu hökumət ancaq biz kəndlilərindir" deyə hərəkət göstərməyir və öz qonşularını da qaçmağa qoymayır. Bundan bir az qabaq erməni-müsəlman ziddiyyəti olduğu da məlum idi. Odur ki, həmin Aşağı Layisqi kəndinə gəlmiş Qırmız Ordu arasındakı ermənilər kənddə dayanmış Molla Cüməni, təxminən səkkizə qədər qaçmamış olan qonşularını tutub kənddən üç verst uzaqda öldürürlər ki, Molla Cümə də gözlənilmədən ağır bir ölümə məhkum olmuşdur.[4] |
Qızı Reyhanın yadında qaldığına görə, axşam çağı kəndin bir neçə hörmətli adamı ilə birlikdə Molla Cüməni də evindən aparıblar.[4] Ondan sonra aşıqdan bir xəbər çıxmamışdır.[4] Bir neçə gündən sonra meşədən meyidi tapılmışdır.[4] Molla Cümə öldürülən vaxtı qızının 12 yaşı olub.
Molla Cümənin uşaqlıq dostu İdris Mustafayevin sözlərinə görə, Molla Cümənin cəsədini 1920-ci il mayın axırlarında yolun kənarında olan kolluqdan tapıblar.[4] Mustafayev qeyd edir ki, Molla Cümənin cəsədində bur neçə yerdən qılınc yarası vurulmuşdu, sifəti tanınmaz olmuşdu, aşığı yalnız paltarından tanımışdılar.[4] Aşığın ölümündə Şəkinin Səbətli kəndindən olan ermənilərin rolu var.[4]
19 yaşında bir qıza aşiq olmuşdur.[4] Aşıq sevgilisinin adını gizlətmiş, onu "İsmi Pünhan" adlandıraraq ömrünün sonuna qədər şeirlərində vəsf etmişdir.[4] Bəzi tədqiqatçıların fikrincə, Molla Cümə dindar bir yerdən olan qıza aşiq olmuş, ancaq qızın adını çəkməyi ona qadağan etmişlər.[4] Bəzi yerli sakinlərin fikrincə, İsmi Pünhan Molla Cüməyə buta verilib, sonra aşıq onu aşkara çıxarmamışdır.[4] Butası isə Qax rayonunun Şabalıtlı kəndindən olan şeyx Nəsrullahın qızı idi.[4] Şeyxin ocağı ziyarət yeri idi. Ona görə Molla Cümə butasının adını söyləməyib.[4]
Bəzi mütəxəssislər İsmi Pünhanın Molla Cümənin özü olduğunu fərz edir.[4] İsmi Pünhan dünyadan köçəndə Molla Cümə ona şeir də həsr eləmişdir. Qoşmadan aydın olur ki, aşığın butası çox erkən dünyadan köçmüşdür.[4]
Şeirlərin birində qeyd olunur ki, bir gün aşıq İsmi Pünhanın doqqazına gedir, qasid göndərib onu çağırır, onun üçcə kəlmə xoş göftarına ehtiyac duyduğunu izhar edir, burada o, İsmi Pünhanı "həkimi-loğman" adlandırır:
Xubluqda əladır, kamalı cəmdir,
O olan məclis də söhbətdir, dəmdir.
Danışmağı hicran, gülmağı qəmdir,
Həsrətindən canım zara gəlibdir.
Molla Cümə[4]
Başqa bir şeirdə təsvir olunur ki, bir dəfə Molla Cümə xəstələnir, İsmi Pünhan onu yoluxmağa gəlir:
Şükür sənin birliyinə yaradan,
İsmi Pünhan məni görmağa gəlmiş.
... Bir heyva cibində, dörd də almaynan,
Cümənin halını sormağa gəlmiş.
Molla Cümə[4]
Aşıqın bəzi şeirlərində qeyd olunur ki, İsmi Pünhan aşıqdan uzaqlaşır, yadlaşır və hətta İsmi Pünhan bir sevgili, aşiq olmaqdan çıxır, ümumiləşir və beləliklə də, aşığın həyatda çatmaq istədiyi, ömrü boyu can atdığı, ancaq yetə bilmədiyi həyat idealına çevrilir.[4]
Molla Cümənin bir neçə övladı olsa da, Həsən adlı oğlu və Reyhan adlı qızı daha uzun yaşayıb.[4] Həsən 1919-cu ildə vəba xəstəliyindən vəfat edib.[4]
Aşığın anadan olmasının 150 illiyi münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda yubiley sessiyası keçirilmiş, Molla Cümənin yaradıcılığı müxtəlif qütblərdən öyrənilmişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.