Mobil körfəzi
From Wikipedia, the free encyclopedia
Mobil ABŞ-nin Alabama ştatı ərazində, Meksika körfəzində buxta. Şərqini Fort-Morqan yarımadası və qərbini sədd ada olan Dofin-Aylend formalaşdırır. Mobil çayı və Tenso çayı buxtanın şimalına tökülərək estuari əmələ gətirir. Bundan başqa buxtanın qərbinə Doq çayı, Dir çayı və Faul çayı və şərqinə Fiş çayı kimi bəzi çaylar da tökülür. Saniyədə 62,000 cubic feet (1,800 m3) su axını ilə Mobil buxtası ABŞ-də ən böyük dördüncü estuaridir.[2] Hər il və bəzən yay aylarında bir neçə dəfə balıq və xərçəngkimilər sahilin dayaz hissəsinə və buxtanın sahilinə toplaşırlar. Təzə və asantutulan dəniz məhsulları əldə etmək üçün bura böyük izdiham toplanır və buna görə də bu hadisə yubiley adlanır. Mobil buxtası bu növ yubileyin ad hal olduğu dünyada yeganə yerdir.
Mobil körfəzi | |
---|---|
Yerləşməsi | |
30°26′34″ şm. e. 88°00′33″ q. u. | |
Ölkə | |
Vikianbarda əlaqəli mediafayllar |
Mobil buxtasının ərazisi 413 kvadrat mil (1,070 km2) təşkil edir. Uzunluğu 31 mil (50 km), eni isə 24 mil (39 km)-dir.[2] Buxtanın ən dərin yeri gəmiçilik kanalında yerləşib, bəzən 75 fut (23 m)-ə çatır, amma orta dərinlik 10 fut (3 m)-dir.[2]