From Wikipedia, the free encyclopedia
Miçines adası (far. Mykines) — Farer adalarına daxil olan ada. 2013-cü il məlumatına görə adada 13 nəfər yaşayır. Sahəsi 9,60 km²-dır[1]. Arxipelaqın qərbində yerləşir.
Miçines adası | |
---|---|
far. Mykines | |
Ümumi məlumatlar | |
Sahəsi | 9,6 km² |
Hündür nöqtəsi | 560 m |
Əhalisi | 13 nəfər (2013-cü il) |
Yerləşməsi | |
62°06′15″ şm. e. 07°38′46″ q. u. | |
Ölkə | Danimarka |
Region | |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Adanın yaxınlığında kiçik bir qaya parçası olan Miçines-Hyolmur adası yerləşir. Bu arxiperlaqın ən qərb nöqtəsidir. ,
Adada Şimal oluşalarına məxsus iri koloniyalar vardır. Burada həmçinin sonradan gətirilmiş ağ dovşanlara rast gəlinir. Adada ev siçanının yarımnövü olan Mus musculus mykinessiensis yayılmışdır. Onlar adaya VI-VII əsrlərdə iralndiyalı monaxlar tərəfindən gətirilmişdir.
Adanda daimi əhali eyni adlı kənddə yaşayır. 2013-cü il məlumatına görə adada 13 nəfər yaşayır. XIX əsrin sonları və 1950-ci illərə qədər adada 150 nəfər yaşayırdı.
Hazırda ada farerlilərin yay istirahət yeri rolunu oynayır.
Miçinesi Miçines-Hyolmurla 35 metrlik körpü birləşdirir. körpü turistlər arasında məşhurdur. 1909-cu ildə adada mayak inşa edilmişdir.
Maydan oktyabra kimi adaya bərələr işləyir. Qış ayları isə gediş dayanır. Həftdə 3 dəfə olmaqla adaya helikopter uşuşları təşkil edilir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.