Misirdə iyul inqilabı
Misirdə monarxiyanın devrilməsi / From Wikipedia, the free encyclopedia
Misirdə iyul inqilabı (ərəb. ثورة 23 يوليو 1952, həmçinin 1952-ci il çevrilişi (ərəb. إنقلاب 23 يوليو 1952 kimi də tanınır)[1] — 23 iyul 1952-ci ildə Məhəmməd Nəcib və Camal Əbdül Nasirin rəhbərlik etdiyi bir qrup ordu zabitinin cəmləşdiyi Azad Zabitlər Hərəkatı tərəfindən həyata keçirilmiş hərbi çevriliş. İnqilab əvvəlcə Kral Farukun taxtdan salınmasına yönəlmişdi. Miles Kopeland və Kermit Roseveltə görə, çevriliş Misirdə siyasi hakimiyətinn başına Amerika tərəfdarı olacaq yeni liderin gəlməsini hədəfləyən "Fat Fukker" əməliyyatının bir hissəsi idi.[2][3][4]
Misirdə iyul inqilabı | |
---|---|
| |
Yer | Misir |
Tarix | 23 iyul 1952 |
Səbəb | Monarxiyanın devrilməsi |
Əsas məqsəd | Respublika qurmaq |
Nəticə | Respublika elan edilməsi |
Təşkilatçılar | Camal Əbdül Nasirin başçılığı ilə bir qrup zabit |
Hərəkətverici qüvvələr | Azad zabitlər hərəkatı |
Vikianbarda əlaqəli mediafayllar |
Bununla belə inqilab daha böyük siyasi nəticələrə gətirib çıxardı. Qısa müddətdə Misir və Sudanda konstitusiya monarxiya ləğv edildi. Aristokratiya sıradan çıxarıldı. Respublika quruldu, ölkədəki ingilis işğalına son qoyuldu və Sudanın müstəqilliyini təmin etmək üçün hərəkat genişləndi (o dövrdə Sudan İngiltərə-Misir müştərək olaraq idarə olunurdu).[5] İnqilabçı hökumət əsasən ərəb millətçiliyi və beynəlxalq birliklərə qoşulmamaqla siyasi mövqeni ifadə edən qatı millətçi, anti-imperialist sistem qurdu.
İnqilabın ilk müvəffəqiyyətləri, Avropa imperiyalarına qarşı müstəmləkəçi üsyanların olduğu Əlcəzair kimi digər ərəb və Afrika ölkələrindəki çoxsaylı digər millətçi hərəkatları təşviq etdi. Həm də bölgədəki və qitədəki mövcud qərbyönümlü monarxiyaların və hökumətlərin devrilməsinə ilham verdi.
İnqilab hər il iyulun 23-də Misirdə bayram günü kimi anılır.