From Wikipedia, the free encyclopedia
1919-cu il Misir inqilabı (ərəb. ثورة 1919, translit. Təvra 1919) və ya 1919–1921-ci illər Misir üsyanları[3] — Misir xalqının İngiltərə müstəmləkəçilərinə qarşı milli azadlıq üsyanları.
Misir inqilabı | |||
---|---|---|---|
Tarix | noyabr 1918 – iyul 1919 | ||
Yeri |
|
||
Nəticəsi |
|
||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
İtkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Misirə istiqlaliyyət verilməsi tələbi ilə çıxış edən "Vəfd" Partiyasının rəhbəri Səəd Zəğlulun həbs edilməsi əleyhinə 9 mart 1919-ci il tarixində Qahirə şəhərində fəhlələr tətilə başlamışdır. 11 martda ingilis qoşunlarının nümayiş və tətil iştirakçılarını gülləbaran etməsi növbəti gün ölkədə ümumi üsyana səbəb olmuşdur. 18 martda üsyançılar ingilis qarnizonlarını Yuxarı Misirdən qovmuş və yaxud da müharisəyə almışdı. Aşağı Misirin bir çox şəhər və kəndlərində inqilabi hakimiyyət orqanları yaradılmışdır. Lakin üsyanın mərkəzləşdirilmiş rəhbərlərinin olmaması, "Vəfd" Partiyası rəhbərlərinin tərəddüd və qətiyyətsizliyindən istifadə edən ingilis müstəmləkəçiləri Misirə böyük ordu yeridə bilmişdir. 1919-cu ilin aprel ayının əvvəllərində üsyan yatırılmışdır. Ayrı-ayrı yerlərdə döyüşlər aprelin sonuna qədər davam etmişdir. Sentyabr-noyabr aylarında Qahirə və İsgəndəriyyədə iri inqilabi döyüşlər baş vermişdir.[3]
İngiltərənin Misiri ağır şərtl müqavilə imzalamağa məcbur etmək cəhdinə, həmçinin "Vəfd" Partiyası xadimlərinin həbs və sürgün edilməsinə qarşı 23 dekabr 1921-ci il tarixində başlamış yeni üsyan isə 1922-ci ilin əvvəlinə qədər yatırılmışdır.[3]
Məğlubiyyətinə baxmayaraq, Misir inqilabi Misirdə ingilis hökmranlığına ciddi zərbə vurmuşdur. 1922-ci ilin fevralında Birləşmiş Krallıq Misir üzərində protektoratlığından əl çəkmiş və formal olaraq onun istiqlaliyyətini tanımışdır.[3]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.