Mirzəçöl
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Mirzəçöl (qaz. Мырзашөл, özb. Mirzacho‘l, Мирзачўл, rus. Мирзачуль[1]) — Gilli-şoranlıq ərazilərdən ibarət olan səhra. Orta Asiya regionunda Qazaxıstanın cənubu və Özbəkistanın ərazilərini təşkil. Sırdərya çayı yaxınlığında, Fərqananə vadisinin çıxacağında yerləşir. Səhranın sahəsi 10 min km² təşkil edir.
Region ölkələri arasında Mirzəçöl adlandırılsada bəzi mənbələrdə Açlıq çölü olaraq adı keçir. Türkistanda geniş çöllük ərazi həyat şəraitinin cətinlikləri səbəbindən bu çür adlandırılmışdır. Səhrada yalnız köçərilərə rast gəlinir.
Mirzəçöl əsasən düzənlik və Özbəkistanın Sırdərya vilayəti ərazisində Sırdəryanın sahillərində isə ovalıq ərazidən obarətdir. Səhra dəniz səviyəsindən 230–385 m yüksəklikdə yerləşir. Səhra Sırdəryanın üç terrasında yerləşir. Mirzəçöl əsasən alçaq daglarla əhatələnir. Cənubdan Türkistan silsiləsi onun ətraflarını əhatələyir. Şimal və şimal-qərbdən Qızılqum səhrası, cənub-qərbdə isə Sırdərya ilə əhatələnir. Sırdərya sahillərinə yaxın ərazilərdə 6-20 metr hündürlüyü olan kiçik təpəliklər vardır.
Səhranın iqlimi olduqca kontinentaldır. İyul ayının orta aylıq temperaturu +27,9 °S, yanvarda isə 2,1 °S təşkil edir. İllik yağıntının miqdarı şərqdə ən maksimal olaraq 240 mm olur. Yağıntılar əsasən yaz ayları düşür.
Mirzəçöl səhrasına axan çayların böyük hissəsi Türkistan, Sanzar, Zaaminsu silsilələsindən başlanğıcını götürür. Yeraltı sular elədə dərində yerləşmir. Səhra əsasən açıq-boz, şoran, şorakət torpaqlardan ibarətdir. Bölgənin ən böyük çayı Sırdəryadır.
Səhra əsasən efemerli, şoranlığa və susuzluğa davamlı bitkilərdən ibarətdir. Yaz ayları yağan yağışlar zamanı cil və başqa bitkilər bitsədə mayın sonuna quruyaraq çör-çöpə çevrilir. Ancaq dəvətikanı, yovşan və şorangə yayda belə rast gəlinir.
Səhradan yararlanmağa XIX əsrdən ərazinin Rusiya imperiyası tərəfindən işgal olunduqdan sonraya aiddir. Birinci Dünya müharibəsi dönəmində səhrada kanallar sistemi inşa edilməyə başlanılır.
Ərazinin geniş miqyasda kənd təsərrüfatına cəlb olunması Sovet hakimiyyəti illərinə təsadüf edir. Bu zaman səhrada bir çox hayihələr işlənib hazırlanır. 1920-ci ildə Şextel tərəfindən səhranın mənimsənilməsi məqsədilə tədbirlər görülür. Burada inzibati, ictimai binaların tikintisi planlaşdırılırdı. Bununla belə layihə reallaşmamış qalır. 1956-cı ildə Özbəkistan SSR-da pambıqçılığı inkişaf etdirmək məqsədi il ərazinin bir hissəsi Qazaxıstan SSR-dən alınaraq ona verilir[2][3][4][5][6]. Kirov adına kanalın tikintisi 800,000 ha ərazini əkinə cəlb etməyə imkan vermişdir. Bundan sonra səhrada çoxlu sayda kolxozlar yaranmışdır. Burada Gülüstan, Yanqier şəhərləri salınır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.