Mirvari (kafe)
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
"Mirvari" kafesi — Azərbaycanın Bakı şəhərində yerləşən kafe-pavilyon. Kafe Bakı bulvarında yerləşir. Kafe Dənizkənarı parkın əlamətdar məkanı sayılır və Bakının görünüşünü dəyişdirən bir çox obyektlərdən biri hesab olunur.[1]
Mirvari | |
---|---|
| |
Ümumi məlumatlar | |
Növü | Kafe |
Memarlıq üslubu | Konstruktivizm |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Koordinatlar | 40°19′ şm. e. 49°52′ ş. u.HGYO |
Açılma | 1962 |
Texniki detallar | |
Material | Dəmir-beton |
Dizayn və konstruksiya | |
Memar |
Vadim Şulqin R. Şərifov |
İnkişaf etdirən | Əliş Lənbəranski |
Struktural mühəndis |
N. Nikinov A. Gelfat |
"Mirvari" kafesi 1962-ci ildə Bakı Şəhər İcraiyyə Komitəsinin sədri Əliş Ləmbəranskinin təşəbbüsü ilə inşa edilmişdir.[2] O, layihənin eskizini Skandinaviya ölkələrində məzuniyyətdə olarkən əldə edir. O, burada 1958-ci ildə ispan memarı Feliks Kandela tərəfindən Mexikoda inşa edilmiş "Los Manantiales" restoranın şəklini görəndən sonra qərara gəlir.[3]
Bu məkanı layihələndirmək memar Vadim Şulqinə həvalə olunmuşdu.[4] Memar "Mirvari"ni layihələndirərkən əsasən quruluşun orijinallığına fikir vermişdi.[5] Tikilinin konstruktoru dövrün peşəkarlarından olan N. Nikonov seçilmişdi.[5] 1962-ci ildə kafe hazır olur.[5]
Əvvəlcə kafeni Xəzər dənizinin sahilində yerləşdirmə planları olsa da, 1970-ci illərdə dəniz sürətlə geri çəkilməyə başladıqdan sonra "Mirvari" quruda qaldı.[3]
Sovet dövründə kafe simvolik olaraq bulvarı "dəbdəbəli" qərb hissəsinə və "bədbəxt" şərq hissəsinə bölürdü.[6]
2008-ci ildə kafedə bərpaolunma işləri görülüb.[3] Bərpaolunma Almaniya mütəxəssisləri ilə birgə hazırlanan layihəyə əsasən edilib.[7] 2009-cu ildə Azərbaycan Prezidenti İlham Əliyev iyunun 25-də Dənizkənarı Milli Parka gələrək, kafedə həyata keçirilən abadlıq və yenidənqurma işləri ilə tanış olmuşdur.[8]
2017-ci ilin dekabrın 11-i, saat 22:00 radələrində "Mirvari" kafesinin üzərinə ağac düşüb.[9] Nəticədə restoranın dam örtüyü zədələnib.[9] Hadisə zamanı xəsarət alan olmayıb.[9]
Modernist üslubda dizayn edilmiş kafedə, kultun düz bucaqdan əyri orqanik formalara keçidi diqqət çəkir.[6] Kafe mirvarinin qabığı şəklində dəmir-betondan tikilib. Kafenin interyeri böyük dalğa üslubunda formalaşmışdır.[4]
50 qonaq üçün hazırlanan kafe, 5 sm qalınlığında hiperbolik paraboloidlərdən ibarət 8 qabıqdan ibarətdir. Bakı buxtası pavilyonun terrasından görünür.[10] Sənətşünas Leonid Bretanitskinin sözlərinə görə, zərif və cəlbedici kafenin pavilyonu təəssürat yeri çox yaxşı seçilməyən və düşünülməmiş plan quruluşu səbəbindən itirilir.[11] Memar Ənvər Qasımzadənin sözlərinə görə, kafe binasının arxitekturası "Sovet xalqının estetik ideallarına yaddır və sosialist realizminin ən vacib tələblərindən — doğruluqdan, tarixi konkretlikdən, ideoloji istəkdən uzaqdır".[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.