Miqinqo adasıViktoriya gölündə yerləşən ada. Ada KeniyaUqanda arasında ərazi mübahisəsidir.

Cəld faktlar Ümumi məlumatlar, Sahəsi ...
Miqinqo adası
Thumb
Ümumi məlumatlar
Sahəsi 0,002 km²
Əhalisi 131 nəfər (2009-cu il)
Yerləşməsi
0°52′58″ c. e. 33°56′17″ ş. u.HGYO
Ölkələr
Akvatoriya
Thumb
Miqinqo adası
Miqinqo adası
Bağla

Əksər mənbələr adanın sahəsinin 2 min m², əhalisinin isə 131 nəfər (2009-cu il siyahıyaalınması), 2018-ci ilin hesablamalarına görə isə 400-dən çox olduğunu göstərir. Bu, onu dünyanın ən çox əhalisi olan adasına çevirir.

Təhlükəsizlik Araşdırmaları İnstitutuna (issafrica.org) görə, Miqinqonun ərazisi "təxminən bir akr"dır (yəni 40.000 m²-dən azdır) və əhalisi, 2011-ci ilin məlumatlarına görə, təxminən 1000 nəfərdir. Google Maps-də adanın ölçüləri eyni ilə bunu göstərir.

Ada qayadan ibarətdir və dairəvi formaya malikdir.

1991-ci ildə iki keniyalı balıqçı, pis ruhu qovmaq üçün ayin icra edən qoca bir sehrbazı dəvət edərək, yaşayış olmayan adaya köçür. Yaxınlıqda yerləşən daha böyük olan Usinqo adasında isə heç kim yaşamır, çünki Miqinqodan olan ruhların oraya köçdüyünə inanılır[1].

Adanın sürətlə məskunlaşması ondan Nil xanısının tutulması ilə izah olunur. Bir balıqçı ailəsi onun satışından həftədə 200-250 dollar ala bilir. Qonşu ölkələrdə bu məbləğ iki-üç ay ərzində qazanılır[2].

2000-ci illərin əvvəllərində Uqanda səlahiyyətliləri adaya diqqət çəkir. Balıqçılara quldurlardan qorunmağı təklif edərək onlara vergi qoymağa qərar verirlər. 2009-cu ildə Keniya və Uqanda ada uğrunda az qala müharibə həddinə çatır. Bu ölkələr arasında sərhəd tənzimlənmir və ada birgə idarə olunur. Balıqçılar gəlirlərinin yarısına bərabər vergi ödəyirlər.

İstinadlar

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.