Minsk Avtomobil Zavodu
From Wikipedia, the free encyclopedia
"Minsk avtomobil zavodu" (belar. Мінскі аўтамабільны завод) — "BELAVTOMAZ" holdinqinin idarə etdiyi şirkət. SSRİ və Belarus avtomobil şirkəti. Əsasən iri tonnajlı yük avtomobilləri, avtobuslar və trolleybusların istehsalını həyata keçirən zavod.
Minsk Avtomobil Zavodu | |
---|---|
![]() | |
![]() | |
Ümumi məlumatlar | |
Sənaye | Avtomobil sənayesi |
Məhsulları | Yük avtomobili, avtobus, trolleybus |
Təsis tarixi | 1944 |
Baş qərargahın yeri | |
İqtisadi göstəriciləri | |
Ümumi kapital |
|
Ümumi gəliri |
|
Xalis mənfəəti | 881 mld. rubl (2015) |
Struktur | |
İşçi sayı |
17 535 (2015-ci il 3-cü rüb) 16 594 (2016-cı il 2-ci rüb)[4] |
Rəhbərlik | |
Rəhbərlik | Dmitri Kateriniç |
maz.by | |
![]() |
MAZ ticarət markası keçmiş sovet ölkələrində və dünyanın bir çox regionlarında tanınır. MAZ avtomobilləri dünyanın 45 ölkəsinə ixrac edilir. 1990-cı illərdə yaşanan problemlərdən sonra şirkət yenidən əvvəlki səviyyəsinə qayıda bilmişdir.
«BELAVTOMAZ» holdinqinə Baranoviç avtoaqreqat zavodu, Osinoviçi, Jodino, Cerjinsk, Qrodnenskimexanika zavodu kimi müəssisələr daxildir.
Minsk avtomobil zavodu 400-dən artıq model, modifikasiya və komlektasiya buraxmışdır. 2016-cı ilin II rübünə görə açıq mühasibat uçotu ilə Belarusda ən zərərsiz müəssisə olmuşdur[5].