From Wikipedia, the free encyclopedia
Minako Oba (yap. 大庭 みな子; 11 noyabr 1930[1][2], Tokio prefekturası[d] – 24 may 2007[3][1][…]) – Yaponiya yazıçısı. Ədəbi karyerasına 1960-cı illərdə başlayıb. 1968-ci ildə "Üç yengəc" adlı hekayəsinə görə 1968-ci ildə Qunzo mükafatını və Akutaqava mükafatını, 1982-ci ildə "Formasız" romanına görə isə Tanizaki mükafatını qazanıb. 1970-ci və 1980-ci illərdə roman, hekayə və esselər yazaraq başqa mükafatlar da qazanıb.[4]
Oba əsərlərində seksi ibtidai instinkt kimi təqdim edərək daim sivilizasiyanın müəyyən etdiyi sərhədləri sındırdığını vurğulaması ilə tanınır. Uzun müddət Alyaskada yaşadığı üçün burada qazandığı təcrübələri Yaponiya ədəbiyyatı üçün nadir olan vəhşilik tərzində əsərlərində əks etdirib.[4]
11 noyabr 1930-cu ildə Tokioda bir həkimin birinci qızı kimi doğulub və uşaqlığı müharibə dövründə keçib.[4] 14 yaşında ikən Hiroşimaya atılan atom bombasından sağ qalanlara baxmaqla vəzifləndirilən qızlardan biri kimi seçilib. Müharibə dövründən sonra təhsilinə davam edən Oba Tsuda kollecindən məzun olub və 24 yaşında evlənib. Evlənməsinə baxmayaraq nisbətən müstəqil həyat keçirib və 1959-cu ildə təhsil almaq üçün ABŞ-yə köçərək Viskonsin Universitetinə, daha sonra Vaşinqton Universitetinə daxil olub. Daha sonra incəsənət təhsili almaq üçün Parisə gedib və Avropanı qatarla səyahət edib.
Bu müddət ərzində yazmağa davam etsə də, əsərləri üçün əsl ilham mənbəyini əri ilə birlikdə Alyaskaya köçəndən sonra tapıb. "Üç yengəc" Obanın 1968-ci ildə yayımladığı ilk 3 hekayədən biri idi, digər iki əsər "Formasız şəkil" ilə "Göyqurşağı və uçan körpü" idi. Bu üç hekayəsi də dövrün ədəbi mühitində tərzi ilə dərhal diqqət cəlb edib. Xüsusilə, "Üç yengəc" hekayəsi valehdiciliyi və mövzu baxımından bəyənilərək yazıçıya Akutaqava mükafatını qazandırıb. Əsərin baş qəhrəmanı olan qadın evli olmasına baxmayaraq, axşam başqa evli olan, yad bir kişi ilə sekslə məşğul olur, bundan peşmançılıq duymasa da, ərinin və qızının "səslərini" eşitdiyini xatırlayır.[5]
Obanın ən məşhur Alyaska hekayələrindən biri 1969-cu ildə nəşr olunan, erotik janrdakı "Xamerion" əsəridir. İlk dəfə "Bungakukai" jurnalının 1969-cu il yanvar buraxılışında nəşr olunan bu əsər onun "Xəyalətlərin pasxası" (1970) adlı kolleksiyasına da daxil edilib. Baş qəhrəman olan əsər Xamerionun ölümü ilə başlayır və fleşbek səhnələri ilə onun həyatı nəql olunur.[5]
Oba 1970-ci illərdə "Gəmiyeyən böcəklər" (1970), "Baldırğanın yuxu" (1971), "Skripka çalan quş" (1972), "Dumanda səyahət" (1976) kimi əsərlər yazmışdır. 1975-ci ildə yazdığı "Zibil muzeyi" romanı 1976-cı ildə ona Qadınların Ədəbi Mükafatını qazandırıb. Bu dövrdə yazdığı digər hekayələrə "Göy tülkü" (1973) və "Dağ cadugərinin gülüşü" (1976) hekayələri də daxildir. Əsər qadın qəhrəmanı Göy tülkü adlandırdığı keçmiş sevgilisi ilə qarşılaşmasından bəhs edir və qəhrəman onu əri olan Dəvədəlliyindən üstün tutmağa başlayır. Yazıçı 1982-ci ildə nəşr olunan və təbiəti Şərq mədəniyyətinin baxış bucağından təqdim etdiyi "Formasız" romanına görə Tanizaki mükafatını da qazanıb.[6]
1976-cı ildən sonra yazdığı 11 hekayə 1983-cü ildə "Bir papağın eşitdiyi nağıllar" adlı kolleksiyasında toplanıb. 1987-ci ildə yazdığı "Kraliçanın göz yaşları" romanı ilə isə tənqidçilərin heyranlığını qazanıb.[7]
Obaya əsasən fanatı olduğu Fyodr Dostoyevski və Tomas Eliot təsir göstərib.[5] İnsanın milli kimliyini itirərək yeni, şəxsi kimlik qazanması Obanın əsərlərinin daimi mövzusu olub. Yazıçı, xüsusilə, "Uraşima çəmənliyi" (1977) adlı uzun romanında bu fikirlərini tam şəkildə ifadə edib. Onun əsərləri müxtəlif qruplara xitab edir: liberal ideyalarını sevən feministlər, hekayələrinin məharətli sənətkarlığını bəyənən ənənəçilər və orijinal olmağı arzulayan müasirlər.[7]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.