Mikloş Horti (mac. Miklós Horthy; 18 iyun 1868[1][2][…]9 fevral 1957[3][1][…]) — 1920–1944-cü illərdə Macarıstan krallığının hökmdarı (regenti), vitse-admiral.

Cəld faktlar Kral naibi, Əvvəlki ...
Mikloş Horti
Miklós Horthy de Nagybánya
Thumb
bayraq
Kral naibi
1 mart 1920 15 oktyabr 1944
ƏvvəlkiKaroli Hussar
SonrakıFerens Salaşi
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Kenderes
Vəfat tarixi (88 yaşında)
Vəfat yeri Estoril, Portuqaliya
Partiya
Fəaliyyəti siyasətçi, zabit
Atası Stefan Horti
Həyat yoldaşı Maqdolna Pörqli
Uşaqları 4
Dini Kalvinizm
Hərbi xidmət
Döyüşlər
Rütbəsi vitse-admiral

Thumb
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

Həyatı

Mikloş Horti Kenderesdə Kalvinist əsilzadə ailəsində anadan olmuşdur. Atası Stefan Horti Maqnatlar palatasının üzvlərindən idi. Mikloş ailənin 8 uşağında 4-cüsü idi. 14 yaşında Avstriya-Macarıstan Hərbi donanma akademiyaslna daxil olmuşdur. Bu dövrdə akademiyanın əsas dili alman dili idi. Buna görə də Mikloşun nitqində alman-macar aksenti hər zaman duyulmuşdur.[4] Bunda başqa o italyan, xorvat, ingilis və fransız dillərini öyrənmişdir. 1901-ci ildə Maqdolna Pörqli ilə ailə həyatı qurmuş, bu evlilikdən 4 övladı dünyaya gəlmişdir.[5]

Hərbi fəaliyyəti

Gənclik illərində oç Avstriya-Macarıstan diplomatı kimi Osmanlı imperiyası da daxil olmaqla dünyanın bir çox ölkələrinə səyahət etmişdir. 1908–1911-ci illərdə Avstriya-Macarıstan imperatoru Frans İosifin əmr zabiti olaraq böyük hörmətə sahib idi. I Dünya müharibəsi illərində kapitan rütbəsinə yüksəlmiş və Avstriya-Macarıstan donanmasında admiral olmuşdur. 1917-ci ildə italyan donanmasını bir neçə dəfə məğlub etmiş, Otranto döyüşündə yaralanmışdır. 1918-ci ildə Avstriya-Macarıstan donanmasında baş komandan rütbəsi almışdır.[6]

Kral naibi

Thumb
Mikloş Horti Adolf Hitlerlə birlikdə

Macar sosialist və kommunistlər Bila Kunun rəhbərliyi altında 1919-cu ildə Macarıstan inqilabçı hökumətini yaradaraq və Macarıstan Sovet Cumhuriyyəti elan etmişdir. Bila Kun Hortidən xahiş etmişdi ki, ona bağlı olan qüvvələrə komandirlik etsin. Lakin tezliklə mütəffiq qoşunlarının Fransanın köməyi ilə Macarıstanı ələ keçirməsi ilə Kun hökuməti devrildi. Mikloş Horti həbs edildi. 1919-cu ildə azadlığa buraxıldıqdan sonra Milli Ordunun rəhbəri oldu. 1941-ci ilin aprel ayında Macarıstan Hortinin rəhbərliyi ilə Almaniyanın mütəffiqi olaraq II Dünya müharibəsinə qoşulmuşdur. Lakin 1944-cü ilin müharibənin Almaniyanın əleyhinə irəliləməsi nəticəsində, Macarıstanı mütəffiq qoşunlarına təslim edəcəyini bildirmişdir. 1944-cü ilin dekabr ayında Budepeşt Sovet ordusu tərəfindən mühasirəyə alınmış, Mikloş Horti isə həbs edilərək Bavariyaya göndərilmişdir.

Vəfatı

Müharibənin sonuna qədər Bavariyada ev həbsində saxlanılan Horti 1 may 1945-ci ildə ABŞ 7 ordunun əsgərləri tərəfindən xilas edilsə də, yenidən həbs edildi. Daha sonra 17 dekabr 1945-ci ildə Nürnberq həbsxanasından azadlığa buraxılmış və Bavariyada yaşayan ailəsinin yanına qayıtmışdır. 1948-ci ildə Nürnberq məhkəməsində şahid qismində çıxış etmişdir. Həmin il Portuqaliyaya köçmüş və ömrünün sonuna qədər burada yaşamışdır. 9 fevral 1957-ci ildə vəfat etmişdir.

Əsərləri

Xatirələrini qələmə aldığı "Macarıstana həsr edilmiş həyat" (alm. Ein Leben für Ungarn) adlı əsəri 1953-cü ildə alman dilində yayımlanmışdır. Əsər sonradan ingilis dilinə tərcümə edilmişdir.

İstinadlar

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.