Mikayıl (arxangel)
From Wikipedia, the free encyclopedia
Mikayıl — iudaistik, xristian və müsəlman ənənələrinə görə Allaha ən yaxın olan mələklərdən biri. Bibliyada Mikayıl şeytan ilə vuruşan göy ordusunun başçısı kimi təmsil edilir. Xristianlıqda o, arxmələklərdən biri olan buludlarda rəhmətə getmiş Məryəmi də aparır. Quranda Mikayıl həmçinin Cəbrayıl ilə bərabər qeyd edilir. İslama görə Allahın dörd böyük mələyi var: Cəbrayıl, Mikayıl, Əzrayıl, İsrafil. Mikayıl insanların haqq yoldan azdıqlarından məyuslandığı üçün həmişə qəmli görünür. Dini kitablarda o ucaboy, boz əbalı mələk kimi təsvir olunur. Mikayıl Allahın verdiyi ruziləri insanlara paylayır.
Cəld faktlar Rütbə, Xatirə günü ...
Mikayıl | |
---|---|
q.yəh. מיכאל | |
| |
Rütbə | Baş mələk, Səmavi Orduların Şahzadəsi (Komandiri). |
Xatirə günü | 8 noyabr, 29 sentyabr, 19 sentyabr |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla