Migel Aleman Valdes (isp. Miguel Alemán Valdés, İspanca tələffüz: [miˈɣel aleˈman]  ( dinlə); 27 sentyabr 1900[1][2]14 may 1983[3], Mexiko) — Meksika dövlət və siyasət xadimi, 1 dekabr 1946-cı ildən 30 noyabr 1951-ci ilə qədər Meksika Prezidenti.

Cəld faktlar Meksika Prezidenti, Əvvəlki ...
Migel Aleman Valdes
isp. Miguel Alemán Valdés
Thumb
1 dekabr 1946 30 noyabr 1952
ƏvvəlkiManuel Avila Kamaço
SonrakıAdolfo Ruis Kortines
Şəxsi məlumatlar
Doğum tarixi 27 sentyabr 1900(1900-09-27)[1][2]
Vəfat tarixi 14 may 1983(1983-05-14)[3] (82 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək tutması
Fəaliyyəti siyasətçi, vəkil, diplomat
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

Onun administrasiyası adətən "Meksika möcüzəsi" adlandırılan Meksikanın sürətli şəkildə sənayeləşməsi prosesi, həm də özü və həmkarlarının şəxsi səviyyədə zənginləşdməsi ilə xarakterizə olunurdu..[4][5] Onun prezidentliyi Meksika dövlət başçılarının Meksika inqilabında birbaşa iştirak etməyən yeni nəslinin başlanğıcı olmuşdur. Onun hökumətində çoxları gənc, universitet təhsilli mülki şəxslər, universitetdə oxuduğu günlərdən yaxın dostlar idi.

Həyatı

Migel Aleman Valdes 27 sentyabr 1900-cü ildə Verakruzda anadan olmuşdur.[6] 1936-cı ildə senator seçilmişdir. 1939-cu ildə ali məhkəmənin hakimi təyin edilmişdir. 1936–1939-cu illərdə Verakruz hökumətinə rəhbərlik etmişdir. O, Avila Kamaçonun seçki kampaniyasına rəhbərlik etmişdir. Kamaço onu 1940–1945-ci illərdə qubernatorluq katibi təyin etmişdir. O, 1946-cı ildə İnstitusional İnqilab Partiyasından (PRI) müəyyən müstəqilliyə əsaslanan seçki kampaniyasından sonra prezident seçilmişdir.[7]

Onun prezidentliyi dövrü "texniki" kimi xarakterizə edilmişdir. İctimai işlər, təhsil, kənd təsərrüfatının müstəmləkəsi və s. onun əsas xüsusiyyətləri idi. 1952-ci ildə onu Adolfo Ruis Kortines əvəz etmişdir. Daha sonra Milli Turizm Şurasının prezidenti olmuşdur.[7]

İstinadlar

Əlavə ədəbiyyat

Xarici keçidlər

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.