![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/d/d7/Mad-5223.jpg/640px-Mad-5223.jpg&w=640&q=50)
Midiya (bölgə)
From Wikipedia, the free encyclopedia
Midiya (Qədim Fars dilində: Māda, Orta Farsca: Mad), Güney Azərbaycanın (indiki iranda) orta və cənub bölgəsindəydi və Midiya Dövlətinin siyasi və mədəni mərkəzi olaraq tanınırdı.[1] Əhəmənlər dövründə indiki Azərbaycan, Cənubi Azərbaycanı, Urmiya və Rəşt, Sari, Simnan əhatə edirdi.Əhəmənlər hakimiyyəti altındakı Satrap olaraq, şimalda Dağıstanın cənubuna qədər uzanan daha geniş bir bölgəni əhatə edərdi.[2] Ancaq Böyük İsgəndərin müharibələrindən sonra şimal hissələr ayrıldı və Atropaten adlandırıldı, qalan bölgəsiysə Kiçik Midiya olaraq tanındı.
![]() | |||
Bistunun qayasında madayların təsviri | |||
Ümumi sayı | |||
---|---|---|---|
? | |||
Yaşadığı ərazilər | |||
| |||
Dili | |||
Dini | |||
Qohum xalqlar | |||
Madaylar[3][4][5][6][7][8][9][10][11], mataylar[12][13], madalılar[14] və ya midiyalılar[15] (q. fars Māda-, q.yun. Μῆδοι, ivr. מָדַי, translit Maday) – mannalardan sonra Azərbaycanda ikinci dövlət qurumunun[16][17] əsasını qoymuş müasir Azərbaycan türklərinin etnogenezində mühüm rol oynamış tayfalardan biridir.[18][19][20] Azərbaycan xalqının formalaşması prosesində madaylar başqa türk etnosları ilə qaynayıb qarışdı. Onların birbaşa varisləri Cənubi Azərbaycanda türk dilində danışan Madabad, Madi, Mahnabad, Mehni (fars dilinin təsiri ilə d səsi h səsinə keçmişdir) və başqa kəndlərdə yaşamaqdadır [21]. Savalanda indi əhalisi türkdilli Madya kəndi vardır.[22]