Metamorfik süxurlar
From Wikipedia, the free encyclopedia
Metamorfik süxurlar (yun. "metamorfozis - çevrilmə) — Yerin dərinliyində temperaturun, təziqin və kimyəvi şəraitin dəyişməsinin təsirindən çökmə və maqmatik süxurların dəyişilmiş formalarıdır. Yer qabığını təşkil edən süxurların əsas hissəsi iki dəfə, bəzən bir neçə dəfə gah dərinliyə Yerin təkinə bataraq, gah da yuxarıya qalxaraq özlərinin ilkin formaşdığı şəraiti dəyişməli olurlar. Daha çox əhəngdaşları, gillər, bazaltlar və s. tanınmaz dərəcədə dəyişilirlər. Metamorfik süxurlar Yer səthinin 12 %-ni təşkil edir.[1]